
Avropa kuboku: Azərbaycanın yeniyetmə cüdoçuları yarışın ilk günündə 13 medal qazanıblar
Gəncədə keçirilən yeniyetmə cüdoçuların Avropa Kuboku yarışlarının ilk günü Azərbaycan milli komandası üçün uğurlu keçib.
Gəncədə keçirilən yeniyetmə cüdoçuların Avropa Kuboku yarışlarının ilk günü Azərbaycan milli komandası üçün uğurlu keçib.
Gundem.today xəbər verir ki, təmsilçilərimiz turnirin ilk günündə ümumilikdə 13 medal qazanmağa müvəffəq olublar.
Yarışın ilk günündə fəxri kürsünün ən yüksək pilləsinə Rza Xəlilov (55 kq) qalxaraq qızıl medalın sahibi olub. Gümüş medalları isə İbrahim Talıbov (55 kq), Fərid Rzazadə (50 kq), Fatimə Fərmanzadə (48 kq), İlkin Qarayev (66 kq) qazanıblar.
Daha səkkiz cüdoçumuz isə yarışı bürünc medalla başa vurub: Fərid Xudiyev (55 kq), Mehman Əsgərov (60 kq), Sənan Piriyev (66 kq), Sunay Salamova (40 kq), Fatimə Abdullayeva (44 kq), Könül Eyvazlı (48 kq), Zəhra Mövlamverdiyeva və Nərgiz Ağamirzəzadə (hər ikisi 52 kq).
Qeyd edək ki, Gəncə İdman Sarayında təşkil olunan turnirə aprelin 5-də yekun vurulacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanİspaniya La Liqası: "Real Madrid" məğlub oldu - VİDEO
İspaniya La Liqasının 30-cu turunda "Real Madrid" "Malyorka"nın qonağı olub
İdmanPuxaç "Qarabağ"la oyundan danışdı: "Onlara qarşıdakı iki oyunda qalib gələ bilərik"
"Sabah"ın futbolçusu Timoteuş Puxaç Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ"la qeydə alınan 2:2 hesablı matçı və qarşıdakı hədəfləri şərh edib.
İdmanNeymar 2026-cı il dünya çempionatında oynayacaq?
Futbol üzrə Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti "Santos"un hücumçusu Neymarı 2026-cı il dünya çempionatına çağırmaq niyyətində deyil.
İdman"Qarabağ"ın tarixində 18-ci FUTBOLÇU: Kadi Borges "40"a çatdı
Braziliyalı yarımmüdafiəçi Kadi Borqes "Sabah"la Azərbaycan Kubokundakı matçda dubl edərək "Qarabağ"ın heyətində qol sayını 40-a çatdırıb. Futbolçunun statistikası ilə tanış olun.