
Avropanı silkələyən əməliyyat: Siqaret mafiyası çökdürüldü
Türkiyə Təhlükəsizlik Baş İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Departamenti (KOM) və "EUROPOL" ("AVROPOL" - Avropa İttifaqının Hüquq-Mühafizə Orqanları üzrə Əməkdaşlıq Agentliyi) tərəfindən koordinasiya edilən, 5 Avropa ölkəsi ilə eyni vaxtda həyata keçirilən əməliyyat zamanı "Avropanın Pablo Eskobarı" kimi tanınan "Baybaşin" cinayət təşkilatının siqaret qaçaqmalçılığı və çirkli pulların yuyulması mexanizmi ifşa edilib.
Türkiyə Təhlükəsizlik Baş İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Departamenti (KOM) və "EUROPOL" ("AVROPOL" - Avropa İttifaqının Hüquq-Mühafizə Orqanları üzrə Əməkdaşlıq Agentliyi) tərəfindən koordinasiya edilən, 5 Avropa ölkəsi ilə eyni vaxtda həyata keçirilən əməliyyat zamanı "Avropanın Pablo Eskobarı" kimi tanınan "Baybaşin" cinayət təşkilatının siqaret qaçaqmalçılığı və çirkli pulların yuyulması mexanizmi ifşa edilib.
Bu barədə Gundem.today "TRT Haber" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, "Baybaşinlər" kimi tanınan və bütün Avropada qanunsuz fəaliyyət göstərən cinayətkar təşkilata qarşı 6 ölkəni əhatə edən genişmiqyaslı əməliyyat keçirilib.
Əldə edilən məlumata əsasən, əməliyyata İtaliya, Polşa, Fransa, Birləşmiş Krallıq və İsveçrənin hüquq-mühafizə orqanları dəstək verib. Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən yaxından izlənilən proses çərçivəsində cinayət təşkilatının Avropadakı siqaret qaçaqmalçılığı şəbəkəsi və cinayətdən əldə edilən gəlirlərinin izinə düşülüb.
Nəticədə cinayətkar şəbəkənin maliyyə xəritəsi çıxarılıb. Araşdırmalar zamanı təşkilatın lideri Hasan Ferhat Baybaşin və təşkilatın meneceri Çağdaş Duranın siqaret qaçaqmalçılığından əldə etdikləri külli miqdarda qanunsuz gəlirləri Türkiyədə yuduqları müəyyən edilib. Cinayətdən əldə edilən pulların Diyarbəkirdə fəaliyyət göstərən iki şirkət və Aydın əyalətindəki lüks daşınmaz əmlak investisiyaları vasitəsilə leqallaşdırıldığı aşkar olunub.
Araşdırma çərçivəsində hərəkətə keçən təhlükəsizlik qüvvələri əməliyyatın maliyyə qoluna ciddi zərbə vurub. Məhkəmə qərarı ilə 9 şübhəlinin Diyarbəkirdəki şirkət səhmləri, Aydın əyalətindəki bütün daşınmaz əmlakları və nəqliyyat vasitələri, bank hesablarındakı bütün depozitləri, həmçinin kripto aktiv xidməti təminatçıları ilə bağlı hüquqları və debitor borcları müsadirə edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaÇinin yeni "Kinetica - 2" raketinin sınaq uçuşu uğurlu oldu
Çinin "CAS Space" korporasiyası "Kinetica - 2" adlı daşıyıcı raketinin ilk sınaq uçuşunu müvəffəqiyyətlə icra edib.
DünyaMarko Rubio: "Tehranda bəzi şəxslər ABŞ ilə dialoqa hazırdırlar"
"İran rəhbərliyi parçalanıb və ölkədə hakimiyyətin yüksək eşalonlarında bəzi şəxslər ABŞ ilə dialoqa hazırdırlar".
DünyaHusilər neftin qiymətini 200 dollara çatdırmaqla hədələdilər
Yəmənin "Ənsar Allah" (husilər) qiyamçı hərəkatı Ərəbistan yarımadasını Afrikadan ayıran Bab əl-Məndəb boğazını bağlaya və bununla da neftin qiymətini bir barel üçün 200 dollara çatdıra bilər.
DünyaPolşa Ukrayna ilə sərhəddə təhlükəsizliyi gücləndirir - Elektron baryer quraşdırılacaq
Polşa hakimiyyəti milli təhlükəsizliyi gücləndirmək və sərhəd pozuntularının qarşısını almaq məqsədilə Ukrayna ilə şərq sərhədində 120 milyon dollarlıq elektron monitorinq sistemi quraşdırır.