
Husilər neftin qiymətini 200 dollara çatdırmaqla hədələdilər
Yəmənin "Ənsar Allah" (husilər) qiyamçı hərəkatı Ərəbistan yarımadasını Afrikadan ayıran Bab əl-Məndəb boğazını bağlaya və bununla da neftin qiymətini bir barel üçün 200 dollara çatdıra bilər.
Yəmənin "Ənsar Allah" (husilər) qiyamçı hərəkatı Ərəbistan yarımadasını Afrikadan ayıran Bab əl-Məndəb boğazını bağlaya və bununla da neftin qiymətini bir barel üçün 200 dollara çatdıra bilər.
Gundem.today xəbər verir ki, hərəkatın sözçüsü Məhəmməd Mənsur "InsideOver" portalına müsahibəsində belə bir hədə ilə çıxış edib.
"Avropa da başa düşməlidir ki, əgər "Müqavimət oxu"na (əsasən Tehranla müttəfiq olan şiə silahlı birləşmələri - red.) qarşı düşmənçilik nümayiş etdirməyə davam edərsə, biz neftin qiymətinin 200 dollara qalxmasını təmin edəcəyik ki, bu da Avropa iqtisadiyyatını çökdürə bilər", - deyə M.Mənsur bildirib.
"Biz Süveyşə aparan bütün dəniz yollarını kəsərək Bab əl-Məndəb boğazını blokadaya ala bilərik. Bizim qeyri-məhdud raket ehtiyatımız var və heç kim icazəmiz olmadan Asiya ilə Avropa arasında hərəkət edə bilməyəcək", - deyə o əlavə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin Venesueladakı səfirliyi rəsmən fəaliyyətini bərpa edir
ABŞ-nin Venesueladakı səfirliyi rəsmi olaraq fəaliyyətini bərpa edir.
DünyaFars körfəzi ölkələrinin antiballistik raketləri tükənir
Fars körfəzi ölkələri fevralın 28-dən etibarən təxminən 2.4 min ədəd antiballistik raket sərf edib.
DünyaÇinin yeni "Kinetica - 2" raketinin sınaq uçuşu uğurlu oldu
Çinin "CAS Space" korporasiyası "Kinetica - 2" adlı daşıyıcı raketinin ilk sınaq uçuşunu müvəffəqiyyətlə icra edib.
DünyaMarko Rubio: "Tehranda bəzi şəxslər ABŞ ilə dialoqa hazırdırlar"
"İran rəhbərliyi parçalanıb və ölkədə hakimiyyətin yüksək eşalonlarında bəzi şəxslər ABŞ ilə dialoqa hazırdırlar".