
Avstraliyanın ən zəngin qadını sərvətinin bir hissəsini itirir
Avstraliyanın ən zəngin qadını Cina Raynhart sərvətinin bir hissəsi ilə vidalaşmalı olacaq.
Avstraliyanın ən zəngin qadını Cina Raynhart sərvətinin bir hissəsi ilə vidalaşmalı olacaq.
Gundem.today BBC-yə istinadən xəbər verir ki, bu barədə məhkəmə müvafiq qərar qəbul edib. 27 milyard dollar sərvəti olan Cina Raynhart 1992-ci ildə atasından dəmir filizi şirkətlərini miras alaraq, Qərbi Avstraliyanın Pilbara bölgəsindəki yataqların istismarına başlayıb. Məlumata görə, onun iki övladı və atasının keçmiş biznes tərəfdaşlarının varisləri hasilat hüquqlarına, eləcə də qonorarların böyük hissəsinə iddia edirdilər.
On üç ildən çox davam edən məhkəmə prosesinin yekununda Raynhartın üzərinə atasının sabiq tərəfdaşlarının varislərinə həm keçmiş, həm də gələcək qonorarları ödəmək öhdəliyi qoyulub. Bununla belə, faydalı qazıntıların hasilatı hüququ milyarderin özündə qalıb.
Qeyd edək ki, məhkəmə çəkişməsinin əsas obyekti Avstraliyanın ən gəlirli və irimiqyaslı dəmir filizi yataqlarından biri sayılan "Hope Downs" müəssisəsi olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ narkotik qaçaqmalçılarının katerini vurdu: Üç nəfər öldü - VİDEO
ABŞ ordusu çərşənbə günü Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılarına aid olduğu bildirilən katerə zərbə endirib. Nəticədə üç nəfər həyatını itirib.
DünyaPapua-Yeni Qvineyada fəlakət: 10 nəfər həlak oldu
Papua-Yeni Qvineyanın şərqində baş verən torpaq sürüşməsi nəticəsində ən azı 10 nəfər həyatını itirib.
DünyaDünya birjalarında ABŞ dolları ucuzlaşır
İranla sülh müqaviləsinin imzalanması ehtimallarının artması səbəbindən ABŞ dollarının məzənnəsi mart ayının əvvəlindən bu yana ən minimum həddə qədər ucuzlaşıb.
Dünyaİran ətrafındakı münaqişə fonunda mərkəzi banklar qızıl satmağa başlayıb
İran ətrafında yaranmış gərginlik səbəbindən nağd pula yaranan tələbat bəzi ölkələrin mərkəzi banklarını qızıl almaq əvəzinə onu satmağa məcbur edib.