
AYİB Azərbaycan da daxil olmaqla Yaxın Şərqdə müharibədən zərər görən ölkələrə 5 milyard avro ayıracaq
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2026-cı ildə Yaxın Şərqdəki münaqişədən zərər görən ölkələrin iqtisadiyyatına dəstək məqsədilə 5 milyard avro ayırmağı planlaşdırır.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2026-cı ildə Yaxın Şərqdəki münaqişədən zərər görən ölkələrin iqtisadiyyatına dəstək məqsədilə 5 milyard avro ayırmağı planlaşdırır.
Gundem.today xəbər verir ki, bu barədə bankın açıqlamasında bildirilib.
Məlumata görə, AYİB münaqişədən zərər çəkən ölkələrə və dolayı təsirlərlə üzləşən qonşu dövlətlərə dəstək üçün xüsusi proqram işə salıb. Belə ki, qeyri-sabit vəziyyət fonunda münaqişənin iqtisadi və sosial təsirləri artıq bir sıra ölkələrdə ticarət marşrutlarının pozulması, enerji və xammal böhranı, investor etimadının azalması və əhali üçün əlavə xərclərlə özünü göstərir.
Dəstək çərçivəsində əsas diqqət İraq, İordaniya və Livan kimi birbaşa zərər görən ölkələrə, həmçinin Misir, Türkiyə, Azərbaycan və Ermənistan daxil olmaqla qonşu dövlətlərə yönəldiləcək.
Proqram iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə iqtisadi fəallığın dəstəklənməsi, maliyyə sektorunun sabitləşdirilməsi və əsas xidmətlərin fasiləsizliyi təmin ediləcək. İkinci mərhələdə isə zərər çəkmiş iqtisadiyyatların dayanıqlı bərpası və inkişafı üçün baza yaradılacaq.
Əsas məqsəd enerji təhlükəsizliyinin təmin olunması, dövlət müəssisələrinə yardım, ərzaq və logistika sahələrinin gücləndirilməsi, eləcə də özəl sektorda şirkətlərə dövriyyə kapitalının ayrılmasıdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPutin "Pasxa atəşkəsi" elan etdi
Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı ilə əlaqədar atəşkəs elan edib.
DünyaSudanda toy mərasiminə dron hücumu: 40-dan çox insan həlak oldu
Sudanın Şimali Darfur ştatında toy mərasiminin keçirildiyi əraziyə pilotsuz uçuş aparatının zərbəsi nəticəsində 40-dan çox insan həlak olub.
DünyaErmənistan və Qazaxıstan XİN rəhbərləri regionda kommunikasiyaların açılmasını müzakirə ediblər
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə görüşüb.
DünyaXameneidən sərt mesaj: "Kompensasiya tələb edəcəyik"
İranın Ali Lideri Müctəba Xamenei ABŞ və İsraildən vurulan zərərə görə kompensasiya tələb edəcəklərini bildirib.