%3A1200.jpg&w=3840&q=75)
Az miqdarda içki belə beyni qocaldır: Təhlükə düşündüyünüzdən böyükdür
Hətta az miqdarda alkoqolun müntəzəm qəbulu beynin sürətlə qocalmasına səbəb olur.
Hətta az miqdarda alkoqolun müntəzəm qəbulu beynin sürətlə qocalmasına səbəb olur.
Gundem.today xəbər verir ki, bu barədə həkim-narkoloq Andrey Türin Lenta.ru-ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, insan beyni tədricən və nəzərə çarpmadan qocalır, lakin alkoqol bu prosesi xeyli sürətləndirən ən güclü katalizatorlardan biridir. O qeyd edib ki, spirtli içkilərin sistemli qəbulu beyin atrofiyasını 2-3 dəfə sürətləndirir. Belə ki, 40 yaşlı bir şəxsin MRT nəticələri 60 yaşlı insanın beyni ilə eyni vəziyyətdə ola bilər.
Etanol birbaşa neyrotoksindir və zamanla sinir hüceyrələrini məhv edir. Xüsusilə, yaddaş və emosiyaların tənzimlənməsinə cavabdeh olan hippokamp sahəsi daha çox zərər görür. Hər gün bir qədəh şərab və ya bir şüşə pivə qəbul edən insanlarda artıq 5-6 ildən sonra ağ maddənin bütövlüyü 15-20 faiz azalır ki, bu da damar mənşəli demensiyaya aparan yollardan biridir.
Hətta orta səviyyədə alkoqol qəbulu telomerlərin - bioloji yaş göstəricilərinin - daha sürətlə qısalmasına və gənc neyronların daha tez məhv olmasına səbəb olur. Nəticədə öyrənmə qabiliyyəti zəifləyir, dəyişikliklərə uyğunlaşma çətinləşir və səbəbsiz əhval dəyişiklikləri yaranır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBricit Makron Yelisey sarayındakı həyatın çətinliklərindən danışıb
Fransanın birinci xanımı Bricit Makron Yelisey sarayındakı həyatın çətinliklərindən və keçmişinə dair maraqlı məqamlardan danışıb. O, bəzən saray həyatının onu yorduğunu etiraf edib.
DünyaMaraqlı eksperiment: Süni intellekt danışıqlar apardı, alqı-satqı etdi
"Anthropic" şirkəti "Project Deal" adlı eksperiment çərçivəsində süni intellekt agentlərinin rəqəmsal bazarda alıcı və satıcı kimi fəaliyyətini sınaqdan keçirib.
DünyaTramp: "İranın cəmi üç gün vaxtı var"
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ tərəfindən tətbiq edilən dəniz blokadası davam edərsə, İranın neft kəmərləri təxminən üç gün ərzində partlaya bilər.
DünyaRusiyalı milyarderin yaxtası Hörmüz boğazından keçib
Rusiyalı milyarder Aleksey Mordaşova məxsus 142 metrlik "Nord" superyaxtası aprelin 25-nə keçən gecə Hörmüz boğazından keçib.