Son dəqiqə
Azərbaycanda dilənçiliyə qarşı kəskin addım: Cərimə və həbslər nələri dəyişəcək?Gələn geri dönmür: Tovuzdakı kəndin sirri nədir? - VİDEOBricit Makron Yelisey sarayındakı həyatın çətinliklərindən danışıbMaraqlı eksperiment: Süni intellekt danışıqlar apardı, alqı-satqı etdiXaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklikAz miqdarda içki belə beyni qocaldır: Təhlükə düşündüyünüzdən böyükdür
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Maraqlı eksperiment: Süni intellekt danışıqlar apardı, alqı-satqı etdi
Maraqlı eksperiment: Süni intellekt danışıqlar apardı, alqı-satqı etdi
Dünya

Maraqlı eksperiment: Süni intellekt danışıqlar apardı, alqı-satqı etdi

Bu gün
03:31
0 baxış
Paylaş:

"Anthropic" şirkəti "Project Deal" adlı eksperiment çərçivəsində süni intellekt agentlərinin rəqəmsal bazarda alıcı və satıcı kimi fəaliyyətini sınaqdan keçirib.

"Anthropic" şirkəti "Project Deal" adlı eksperiment çərçivəsində süni intellekt agentlərinin rəqəmsal bazarda alıcı və satıcı kimi fəaliyyətini sınaqdan keçirib.

Gundem.today xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.

Eksperimentin məqsədi müasir texnologiyaların istifadəçi maraqlarına əsaslanaraq sövdələşmələri müstəqil şəkildə həyata keçirə bilən sistemlər üçün nə dərəcədə hazır olduğunu qiymətləndirmək olub.

Test üçün şirkətin San-Fransisko ofisinin əməkdaşlarına bir həftəlik daxili onlayn platforma təqdim edilib. İstifadəçilər məhsullarını yerləşdirib, süni intellekt agentləri isə onların adından danışıqlar apararaq alqı-satqı həyata keçiriblər. Hər iştirakçıya 100 dollar büdcə verilib.

Eksperiment zamanı agentlər ümumi dəyəri 4 min dollardan çox olan 186 sövdələşmə bağlayıblar. Sistemlər təkcə əməliyyat aparmaqla kifayətlənməyib, həm də qarşı tərəfləri tapıb, təkliflər formalaşdırıb, təbii dildə danışıqlar aparıb və şərtləri əvvəlcədən yazılmış ssenarilər olmadan razılaşdırıblar.

Şirkət qeyd edir ki, eksperiment məhdud daxili xarakter daşısa da, nəticələr süni intellekt agentlərinin iqtisadi proseslərdə tamhüquqlu iştirak edə biləcəyi avtonom rəqəmsal bazarların formalaşmasına doğru irəliləyişi göstərir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Süni_intellekt#Anthropic_şirkəti

Oxşar Xəbərlər

Bricit Makron Yelisey sarayındakı həyatın çətinliklərindən danışıbDünya

Bricit Makron Yelisey sarayındakı həyatın çətinliklərindən danışıb

Fransanın birinci xanımı Bricit Makron Yelisey sarayındakı həyatın çətinliklərindən və keçmişinə dair maraqlı məqamlardan danışıb. O, bəzən saray həyatının onu yorduğunu etiraf edib.

Bu gün
04:020
Az miqdarda içki belə beyni qocaldır: Təhlükə düşündüyünüzdən böyükdürDünya

Az miqdarda içki belə beyni qocaldır: Təhlükə düşündüyünüzdən böyükdür

Hətta az miqdarda alkoqolun müntəzəm qəbulu beynin sürətlə qocalmasına səbəb olur.

Bu gün
02:310
Tramp: "İranın cəmi üç gün vaxtı var"Dünya

Tramp: "İranın cəmi üç gün vaxtı var"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ tərəfindən tətbiq edilən dəniz blokadası davam edərsə, İranın neft kəmərləri təxminən üç gün ərzində partlaya bilər.

Bu gün
02:140
Rusiyalı milyarderin yaxtası Hörmüz boğazından keçibDünya

Rusiyalı milyarderin yaxtası Hörmüz boğazından keçib

Rusiyalı milyarder Aleksey Mordaşova məxsus 142 metrlik "Nord" superyaxtası aprelin 25-nə keçən gecə Hörmüz boğazından keçib.

Bu gün
02:010