
Azər Bağırov: "Qarabağ"la oyundan sonra komandamı tanıya bilmirəm"
"Kəpəz" futbol klubunun baş məşqçisi Azər Bağırov komandasının son oyunlardakı çıxışından ciddi narazılığını ifadə edib.
"Kəpəz" futbol klubunun baş məşqçisi Azər Bağırov komandasının son oyunlardakı çıxışından ciddi narazılığını ifadə edib.
Gundem.today xəbər verir ki, mütəxəssis bu barədə Misli Premyer Liqasının 27-ci turunda "Karvan-Yevlax"a məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında danışıb.
Bağırov məğlubiyyətin səbəblərini şərh edərkən kadr çatışmazlığından gileylənib:
"Çempionatın sonu yaxınlaşır və hazırda ciddi itkilərimiz var. Heyətdə bəzi yerdəyişmələr etmək istəsək də, mərkəz və cinah müdafiəsi mövqelərindəki problemləri həll edə bilmədik. "Qarabağ"la qarşılaşmadan sonra komandanı tanımaqda çətinlik çəkirəm. "Qəbələ" ilə oyunda olduğu kimi, bu gün də çox bəsit qollar buraxdıq".
Məşqçi vəziyyəti düzəltmək üçün futbolçularla söhbət aparılacağını bildirib:
"Oyunçularımızla ciddi danışığımız olacaq. Hər bir halda, səhvlərimizdən nəticə çıxarıb gələcək oyunlara köklənməliyik".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Karvan-Yevlax"ın baş məşqçisi: "Hesab daha böyük ola bilərdi"
Misli Premyer Liqasının XXVII turunda "Kəpəz"i 4:1 hesabı ilə məğlub edən "Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov oyundan sonra mətbuat konfransında iştirak edib.
İdmanNovak Cokoviç karyerasını bitirəcəyi tarixi açıqladı
Dünya tennisinin əfsanəvi simalarından olan Novak Cokoviç karyerası ilə bağlı diqqətçəkən bəyanatla çıxış edib.
İdman"Yuventus" Luçano Spalletti ilə bağlı qərarını verdi
İtaliya futbolunun nəhənglərindən olan "Yuventus" klubu komandanın baş məşqçisi Luçano Spalletti ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib və mütəxəssislə yeni müqavilə imzalayıb.
İdman"Fənərbağça"nın ulduz futbolçusunun evi qarət olundu
"Fənərbağça" klubunun ulduz müdafiəçisi Milan Şkrinyar xoşagəlməz hadisə ilə üzləşib.