
Novak Cokoviç karyerasını bitirəcəyi tarixi açıqladı
Dünya tennisinin əfsanəvi simalarından olan Novak Cokoviç karyerası ilə bağlı diqqətçəkən bəyanatla çıxış edib.
Dünya tennisinin əfsanəvi simalarından olan Novak Cokoviç karyerası ilə bağlı diqqətçəkən bəyanatla çıxış edib.
Gundem.today xəbər verir ki, məşhur idmançı 2028-ci ildə baş tutacaq Los-Anceles Olimpiadasına qədər mübarizəni davam etdirmək niyyətində olduğunu və məhz bu mötəbər yarışdan sonra peşəkar idmanla vidalaşa biləcəyini vurğulayıb:
"Həyatım və peşəkar karyeram ərzində daim dəqiq planlar əsasında hərəkət etmişəm, məqsədlərimi və onlara çatmaq yollarını müəyyənləşdirmişəm. Özüm üçün mümkün olan bütün zirvələri hədəfləmişəm. 2028-ci il Olimpiadasını xüsusi qeyd edirəm, çünki kortlarda daha çox qalmaq və karyeramı məhz Olimpiya Oyunlarında, əlimdə Serbiya bayrağını tutaraq yekunlaşdırmaq arzusundayam. Bu, həqiqətən də, möhtəşəm bir sonluq olardı.
Düzünü desəm, o vaxta qədər formada qalıb-qalmayacağımı dəqiq bilmirəm. Çünki məndən asılı olmayan müxtəlif amillər mövcuddur. Buna baxmayaraq, həm fiziki, həm də psixoloji cəhətdən özümü maksimum dərəcədə sağlam saxlamağa çalışıram", - deyə idmançı qeyd edib.
Xatırladaq ki, karyerası ərzində Novak Cokoviç 24 dəfə "Böyük Dəbilqə" turnirlərinin qalibi olub və ümumilikdə 101 ATP titulu qazanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzər Bağırov: "Qarabağ"la oyundan sonra komandamı tanıya bilmirəm"
"Kəpəz" futbol klubunun baş məşqçisi Azər Bağırov komandasının son oyunlardakı çıxışından ciddi narazılığını ifadə edib.
İdman"Yuventus" Luçano Spalletti ilə bağlı qərarını verdi
İtaliya futbolunun nəhənglərindən olan "Yuventus" klubu komandanın baş məşqçisi Luçano Spalletti ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib və mütəxəssislə yeni müqavilə imzalayıb.
İdman"Fənərbağça"nın ulduz futbolçusunun evi qarət olundu
"Fənərbağça" klubunun ulduz müdafiəçisi Milan Şkrinyar xoşagəlməz hadisə ilə üzləşib.
İdmanPolşa millisinin köməkçi məşqçisi vəfat edib
Polşa milli futbol komandasının köməkçi məşqçisi Yaçek Maqera 49 yaşında vəfat edib.