
Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
"Azərbaycan 2026-cı ilin iyun ayında Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək".
"Azərbaycan 2026-cı ilin iyun ayında Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Astanada keçirilən "RES2026" regional ekoloji sammitində çıxışı zamanı bildirib.
Baş nazirin sözlərinə görə, bu, qlobal dayanıqlı inkişaf gündəliyinə əlavə təkan verəcək.
"COP29-un uğurla keçirilməsi təcrübəsinə əsaslanaraq, Azərbaycan cari ilin may ayında BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlıq çərçivəsində keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməyə hazırlaşır. Bundan başqa, iyun ayında Azərbaycan 2026-cı il Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək", - Ə.Əsədov qeyd edib.
O vurğulayıb ki, Bakı şəhərsalma və ekologiya sahəsində beynəlxalq səylərin birləşdirilməsi, həmçinin qlobal dayanıqlı inkişaf gündəliyinin irəliləməsi üçün bu platformalardan istifadə etmək niyyətindədir.
Baş nazir birgə səylərin daha da gücləndirilməsinin və transsərhəd ekoloji məsələlərin həllində uzlaşdırılmış yanaşmanın təmin edilməsinin vacibliyini vurğulayıb. "Azərbaycan beynəlxalq əməkdaşlıq prinsiplərinə sadiq qalır və ümumi məqsədlərə nail olunmasına fəal şəkildə töhfə verməyə hazırdır", - o əlavə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasətİlham Əliyev və Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər.
Siyasətİlham Əliyev və Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış edirlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış edirlər.
SiyasətAzərbaycan-Latviya sənədləri mübadilə edilib
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycanla Latviya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.
SiyasətAzərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - FOTO
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə geniş tərkibdə görüşü keçirilib.