Son dəqiqə
Bakının mərkəzində QAYDA POZUNTUSU: Maşını nizamsız park edib getdi - VİDEOBeynəlxalq Telekommunikasiya İttifaqının Azərbaycandakı Regional Akselerasiya Mərkəzinin fəaliyyət planı müzakirə edilibAvstraliyada 5 yaşlı qızın qətli kütləvi iğtişaşlara səbəb oldu - VİDEO"Yüksəliş" müsabiqəsi: Hüquqi-siyasi legitimlik, meritokratiya və institusional inkişaf modeli - FOTO"Rabitəbank" mikro və KOB subyektlərinin maliyyələşdirilməsi üçün "Enabling Qapital"dan 7 milyon ABŞ dolları vəsait cəlb edibKMBİ bankların adından kiberdələduzluq edən şəxsləri saxladı - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Azərbaycan Avroparlamentlə əlaqəni niyə kəsdi? - "Rasional və prinsipial qərardır" - FOTO
Azərbaycan Avroparlamentlə əlaqəni niyə kəsdi? - "Rasional və prinsipial qərardır" - FOTO
Dünya

Azərbaycan Avroparlamentlə əlaqəni niyə kəsdi? - "Rasional və prinsipial qərardır" - FOTO

Bu gün
15:28
0 baxış
Paylaş:

"Avropa siyasətində "demokratiyanın səsi" kimi təqdim olunan Avropa Parlamenti son illər Azərbaycana münasibətdə getdikcə daha çox sual doğuran, qərəzli və selektiv yanaşmaları ilə diqqət çəkir".

"Avropa siyasətində "demokratiyanın səsi" kimi təqdim olunan Avropa Parlamenti son illər Azərbaycana münasibətdə getdikcə daha çox sual doğuran, qərəzli və selektiv yanaşmaları ilə diqqət çəkir".

Bunu Gundem.today-a deputat Vüqar İskəndərov Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, rəsmi Bakının dəfələrlə bu qurumu obyektiv mövqeyə çağırmasına baxmayaraq, qəbul edilən qətnamələr və verilən bəyanatlar göstərir ki, burada prinsipiallıqdan çox siyasi sifarişlər və lobbi maraqları üstünlük təşkil edir:

"Azərbaycanın bu qurumla münasibətləri rəsmi şəkildə dayandırmaq qərarı təsadüfi addım deyil. Milli Məclis tərəfindən qəbul edilən bu qərar əslində uzun müddətdir yığılıb qalan narazılıqların məntiqi nəticəsidir. Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırılması, o cümlədən Avronest Parlament Assambleyası çərçivəsində fəaliyyətə xitam verilməsi artıq formal münasibətlərin belə mənasını itirdiyini göstərir. Məsələ təkcə siyasi bəyanatlarla məhdudlaşmır. 30 aprel tarixində qəbul edilən qətnamə fonunda Avropa İttifaqı səfirinin Xarici İşlər Nazirliyinə çağırılması və etiraz notasının təqdim edilməsi də vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Bu adekvat addımlar Azərbaycanın suverenliyinə və daxili işlərinə müdaxilə cəhdlərinə qarşı açıq mesajdır. Reallıq ondan ibarətdir ki, xüsusilə Azərbaycanın Vətən müharibəsindən sonra Avropa Parlamenti ölkəmizə qarşı ardıcıl şəkildə qərəzli mövqe sərgiləyib. Müharibədən sonrakı dövrdə qəbul edilən 10-dan artıq qətnamə - istər "mədəni irs", istər "insan hüquqları", istərsə də regional proseslərlə bağlı - balanslı yanaşmadan uzaq olub və əksər hallarda birtərəfli qərəzli məlumatlara əsaslanıb. Bu isə həmin sənədlərin siyasi motivli olduğunu açıq şəkildə ortaya qoyur".

V.İskəndərovun sözlərinə görə, Prezident İlham Əliyev hələ 2026-cı ilin yanvarında "Euronews" telekanalına müsahibəsində bu məsələyə toxunaraq bildirmişdi ki, Avropa Parlamentində formalaşan anti-Azərbaycan mövqeyi müəyyən lobbi qruplarının təsirinin nəticəsidir:

"Bu fikri təsdiqləyən kifayət qədər fakt var. Son illərdə Avropa Parlamentinin özü də müxtəlif qalmaqallarla gündəmə gəlib. Xüsusilə Qatargeyt kimi korrupsiya iddiaları, eləcə də müxtəlif şirkət və dövlətlərin təsir imkanları barədə yayılan məlumatlar bu qurumun şəffaflığı ilə bağlı ciddi şübhələr yaradıb. Bu fonda onun digər ölkələrə "dərs keçməsi" ən azı paradoksal görünür. Digər tərəfdən, Avropa Parlamentinin real təsir imkanları da tez-tez müzakirə olunur. Qanunvericilik təşəbbüsü hüququnun məhdud olması, qəbul edilən qətnamələrin hüquqi deyil, daha çox siyasi xarakter daşıması bu təsisatın faktiki rolunu sual altına alır. Bununla yanaşı böyük maliyyə xərcləri, deputatların gəlirlərinə nəzarət mexanizmlərinin zəifliyi də tənqid obyektidir. Bütün bunların fonunda Azərbaycanla bağlı qəbul edilən qətnamələrin obyektivlikdən uzaq olması təəccüb doğurmur. Bu sənədlər nə regionda sülhə töhfə verir, nə də real problemlərin həllinə xidmət edir. Əksinə, onlar gərginliyi artırır və dialoq imkanlarını məhdudlaşdırır. Nəticə etibarilə Azərbaycanın Avropa Parlamenti ilə münasibətləri dayandırması emosional deyil, rasional və prinsipial qərardır. Bu addım ölkənin suveren siyasətinə hörmət tələbini və beynəlxalq münasibətlərdə ikili standartların qəbul olunmadığını bir daha nümayiş etdirir".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Avropa_Parlamenti#Azərbaycan#Vüqar_İskəndərov#qətnamə#Avronest#lobbi_maraqları#ikili_standartlar#siyasi_sifariş#korrupsiya_qalmaqalı#Qatargeyt#beynəlxalq_münasibətlər#diplomatiya

Oxşar Xəbərlər

Avstraliyada 5 yaşlı qızın qətli kütləvi iğtişaşlara səbəb oldu - VİDEODünya

Avstraliyada 5 yaşlı qızın qətli kütləvi iğtişaşlara səbəb oldu - VİDEO

Avstraliyada aborigen icmasından olan 5 yaşlı qızın qətlində şübhəli bilinən şəxsin saxlanılmasının ardınca ucqar qəsəbədə yüzlərlə etirazçı ilə hüquq mühafizə orqanı əməkdaşları arasında toqquşma baş verib.

Bu gün
16:240
Madyar yeznəsini Macarıstanın ədliyyə naziri təyin etmək istəyirDünya

Madyar yeznəsini Macarıstanın ədliyyə naziri təyin etmək istəyir

Macarıstanda yeni hökuməti formalaşdırmağa hazırlaşan "Tisa" Partiyasının sədri Peter Madyar ədliyyə naziri postuna öz yeznəsi Marton Melletey-Barnanı namizəd kimi göstərib.

Bu gün
15:360
Tamaş Torma: "Qarabağdakı dəyişikliklər hər səfərdə nəzərə çarpır"Dünya

Tamaş Torma: "Qarabağdakı dəyişikliklər hər səfərdə nəzərə çarpır"

"Qarabağdakı dəyişikliklər və inkişaf regiona hər səfər zamanı nəzərə çarpır".

Bu gün
15:320
ABŞ İrana qarşı əməliyyatlara 100 milyard dollar xərcləyibDünya

ABŞ İrana qarşı əməliyyatlara 100 milyard dollar xərcləyib

"Birləşmiş Ştatlar İrana qarşı hərbi əməliyyatlara təqribən 100 milyard dollar vəsait sərf edib və bu vəziyyət ABŞ vətəndaşları üçün daha böyük dolayı xərclər yaradıb".

Bu gün
15:200