
Azərbaycan çempionatında yeni azarkeş rekordu: Son onilliyin ən yüksək göstəricisi qeydə alındı
Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.
Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.
Gundem.today Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu, 28-ci turun "Qarabağ" - "Sabah" matçına (0:1) təsadüf edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı 17 min 338 seyrçi izləyib. Bu oyunadək əvvəlki rekord da eyni komandaların bu arenadakı görüşünə təsadüf etmişdi. O zaman 22-ci turun 3:3 hesabı ilə bitən qarşılaşmasını 10 min 361 tamaşaçı izləmişdi.
28-ci turun oyunundakı nəticə həm də son 10 mövsümün ən yüksək göstəricisidir. Daha çox tamaşaçının izlədiyi sonuncu görüş 2015/16 mövsümündə baş tutub. 2016-cı il fevralın 14-də Gəncə şəhər stadionunda keçirilən "Kəpəz" - "Qarabağ" oyununa 20 min 400 nəfər tamaşa etmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAvropa çempionatı: Azərbaycan güləşçiləri günü iki bürünc medalla başa vurublar
Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşdə uduzub.
İdmanİtaliyada 50 futbolçunun adı gecə əyləncələrində hallandı
Milan Prokurorluğu fahişəlik və nəşələndirici qazla müşayiət olunan gecə əyləncələri təşkil etməkdə şübhəli bilinən şirkətlə bağlı araşdırmaya başlayıb.
İdmanAvropa çempionatı: Azərbaycanın daha bir güləşçisi bürünc medal qazandı
Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
İdmanİsa Rüstəmov Avropa çempionatında gümüş medal qazanıb
Azərbaycanlı ağırlıqqaldıran İsa Rüstəmov Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal əldə edib.