Son dəqiqə
Bakının mərkəzi prospektində "Qırat" Koroğlunu "axtarır" - VİDEOAQTİ-nin departament direktoru işdən çıxarıldı - FOTONərimanovda dondurulmuş yarımfabrikatların emalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTOABŞ-də atışma: Şəhər sakini iş ortaqlarını güllələdi - FOTONaxçıvanda tanınmış həkim vəfat etdi - FOTOMərkəzi Bank AÇIQLADI: Nəqliyyatda kartlardan vəsait niyə sonradan tutulur? - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 5 gün!
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 5 gün!
Digər

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 5 gün!

Bu gün
12:42
0 baxış
Paylaş:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) "Technion" Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) təlimlərin yeni dalğası üçün qeydiyyata son 5 gün qalıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) "Technion" Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) təlimlərin yeni dalğası üçün qeydiyyata son 5 gün qalıb.

Bu tədris dalğasında da mərkəz xüsusi imkan təqdim edir. Belə ki, təlim proqramı uğurla başa vuranlar arasında ən yüksək nəticə göstərən 5 məzun ölkə xaricində fəaliyyət göstərən qabaqcıl şirkətlərdə biraylıq təcrübə proqramına iştirak şansı qazanaraq öz bacarıqlarını real iş mühitində sınayacaq.

Təlimlərdən yararlanmaq üçün 17 yaşdan yuxarı, ingilis dili bilikləri və baza İKT bacarıqlarına malik olan Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Qeydiyyatdan keçmiş namizədlər növbəti mərhələdə ardıcıl olaraq imtahan və müsahibə proseslərinə cəlb olunacaqlar. Xarici mütəxəssislərin keçirəcəyi imtahanda namizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İKT üzrə bilik və bacarıqları, ingilis dili səviyyəsi yoxlanılacaq. Daha sonra müsahibəyə cəlb olunaraq bu mərhələni uğurla keçən 60 nəfər təlimlərdə tam təqaüdlü formada iştirak hüququ əldə edəcək. Hər bir mərhələ üzrə yalnız ən yüksək göstəricilərə sahib şəxslər sonrakı mərhələdə iştirak hüququ qazanacaqlar.

Proqrama qəbul olanlara dərslər "Technion" Texnologiya İnstitutunun akademik heyəti tərəfindən onların tədris metodologiyasına əsasən keçiləcək, nəzəri və praktiki biliklər öyrədiləcək. Təlimlər 6 ay müddətində saat 09:00-dan 16:00-a qədər dərslər, saat 16:00-dan 21:00-dək praktiki məşğələlər şəklində davam edəcək.

Proqram çərçivəsində "Red Team" (hücum) və "Blue Team" (müdafiə) olmaqla iki qrup mütəxəssisin hazırlanması planlaşdırılır. Komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə "Technion" Texnologiya İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.

Təlimlərdə iştirak etmək istəyən namizədlər bura daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün son tarix 2026-cı il mayın 10-dur.

Qeyd edək ki, bu günə qədər AKM-in həyata keçirdiyi təlim proqramlarından 480 nəfər məzun olub, hazırda isə 60 nəfər bu sahədə təhsilini davam etdirir. Mərkəz tərəfindən eyni zamanda məzunların məşğulluq imkanlarının artırılması ilə bağlı da təşəbbüslər həyata keçirilir. Mərkəz məzunlarının işlə təmin olma göstəricisi 86%-dir. Mərkəzdə ixtisaslaşmış kadr hazırlığı ilə yanaşı, ali təhsil müəssisələrində tədrisin həyata keçirilməsi, kibermaarifləndirmə, kibertəhlükəsizlik mütəxəssisləri üçün ixtisasartırma təlimləri, kibertəhlükəsizlik üzrə tədqiqat və araşdırma, yerli kibertəhlükəsizlik məhsullarının hazırlanmasına dəstəyin göstərilməsi istiqamətində də tədbirlər həyata keçirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#Azərbaycan_Kibertəhlükəsizlik_Mərkəzi#Kibertəhlükəsizlik#Technion_Texnologiya_İnstitutu#İnnovasiya_və_Rəqəmsal_İnkişaf_Agentliyi#Rəqəmsal_İnkişaf_və_Nəqliyyat_Nazirliyi

Oxşar Xəbərlər

"ULTRA Technologies" ilə "Intellica Consulting" analitika və intellektual texnologiyalar sahəsində strateji tərəfdaşlıq elan etdilərDigər

"ULTRA Technologies" ilə "Intellica Consulting" analitika və intellektual texnologiyalar sahəsində strateji tərəfdaşlıq elan etdilər

Azərbaycanın aparıcı İT şirkətlərindən olan "ULTRA Technologies" və Ukraynanın konsaltinq şirkəti "Intellica Consulting" data əsaslı həllər və intellektual texnologiyalar sahəsində əməkdaşlığın inkişafını hədəfləyən Strateji Tərəfdaşlıq Memorandumunun imzalandığını elan ediblər.

Bu gün
13:020
"Birbank"dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edinDigər

"Birbank"dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin

Ölkənin ilk rəqəmsal bankı "Birbank" müştərilərini sevindirməyə davam edir. İndi nağd krediti onlayn əldə etmək yalnız vaxta qənaət deyil, həm də minlərlə bonus qazanmaq fürsətidir.

Bu gün
12:500
BEGOC Biznes Mərkəzində qanvermə aksiyası təşkil olunubDigər

BEGOC Biznes Mərkəzində qanvermə aksiyası təşkil olunub

Sosial məsuliyyət prinsiplərinə sadiq qalan FMG şirkətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu aksiya cəmiyyətin diqqətini bir daha qan xəstəliklərindən əziyyət çəkən şəxslərin problemlərinə yönəltməyi hədəfləyib.

Bu gün
12:180
"Baku Steel Company" Xalça Festivalında polad sənətini təqdim etdiDigər

"Baku Steel Company" Xalça Festivalında polad sənətini təqdim etdi

"Baku Steel Company" (BSC) QSC 1-3 may 2026-cı il tarixlərində keçirilmiş III Beynəlxalq Xalça Festivalında poladın sənaye estetikası, müasir incəsənət və milli irs motivlərini özündə birləşdirən ekspozisiya təqdim edib.

Bu gün
11:420