Son dəqiqə
Siyasi partiyalar maliyyə hesabatlarını təqdim etdilərŞimali Kipr parlamentinin sədri Azərbaycana təşəkkür etdiŞimali Koreya yenidən raket sınağı keçirdi: Dünya üçün təhlükə yaxınlaşır?Ehtiram Quliyevə verdiyi açıqlamalara görə AĞIR CƏZATürkiyəli məşhur müğənni Yusuf Güney saxlanıldıAzyaşlıya sükan həvalə edən sürücü CƏZALANDIRILDI - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. "Yeni Klinika"da xəstənin ölümündə təqsirləndirilən həkimə hökm oxundu
"Yeni Klinika"da xəstənin ölümündə təqsirləndirilən həkimə hökm oxundu
Kriminal

"Yeni Klinika"da xəstənin ölümündə təqsirləndirilən həkimə hökm oxundu

Bu gün
13:32
0 baxış
Paylaş:

"Yeni Klinika"da əməliyyat zamanı texniki qüsur nəticəsində xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovaya 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib.

"Yeni Klinika"da əməliyyat zamanı texniki qüsur nəticəsində xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovaya 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Gundem.today "Report"a istinadla xəbər verir ki, bu barədə hökm Bakının Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, ona elektron qolbaq taxılacaq.

Qeyd edək ki, Nizami Rayon Prokurorluğunun məlumatına əsasən, 2025-ci il mayın 18-də Yeni Klinikanın Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində mama-ginekoloq işləyən Sevinc Məmmədova Günay Məmmədovanı cərrahiyyə əməliyyatı edib.

Daha sonra Günay Məmmədova bu əməliyyat nəticəsində ölüb və faktla bağlı Bakı şəhəri Nizami Rayon Prokurorluğunda araşdırma aparılıb. Həmçinin, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla Sevinc Məmmədovanın ötən il mayın 6-da "Yeni Klinika"da Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətdiyi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirdiyi müəyyən olunub. Nəticədə Günay Məmmədova mayın 18-də klinikada həyatını itirib.

Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib, barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırılma növündə əlavə qətimkan tədbirləri seçilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Yeni_Klinika#Sevinc_Məmmədova#Günay_Məmmədova#xəstə_ölümü#cərrahiyyə_əməliyyatı#həkim_səhlənkarlığı#məhkəmə_hökmü#elektron_qolbaq#mama-ginekoloq#Nizami_Rayon_Məhkəməsi#cinayət_işi.

Oxşar Xəbərlər

Bakıda adam öldürməyə cəhd edən şəxsə ağır cəza verildiKriminal

Bakıda adam öldürməyə cəhd edən şəxsə ağır cəza verildi

Bakının Binə qəsəbəsində tanışını qəsdən bıçaqlamaqda təqsirləndirilən Şəmsi Məmmədlinin məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət işinin təfərrüatları ilə tanış olun.

Bu gün
14:040
Böyükşor yolunda üç nəfərin öldüyü dəhşətli qəza ilə bağlı ağır cəza tələbi - VİDEOKriminal

Böyükşor yolunda üç nəfərin öldüyü dəhşətli qəza ilə bağlı ağır cəza tələbi - VİDEO

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə törətdiyi ağır yol-qəza nəticəsində üç nəfərin ölümünə səbəb olan Vaqif Məmmədovun cinayət işi üzrə dövlət ittihamçısı çıxış edib.

Bu gün
13:480
Cəlilabadda qadın "qazpulu"na görə anasının qulaqlarını cırdıKriminal

Cəlilabadda qadın "qazpulu"na görə anasının qulaqlarını cırdı

Cəlilabadda qadın kommunal borca görə anası ilə dalaşıb, ona xəsarət yetirib.

Bu gün
12:520
Bakıda sevgilisini döyən qısqanc kişi cinayət məsuliyyətindən azad edildiKriminal

Bakıda sevgilisini döyən qısqanc kişi cinayət məsuliyyətindən azad edildi

Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Alı Balayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bu gün
10:521