
Azərbaycan Qahirədə 9-cu Beynəlxalq Enerji Konfransı və Sərgisində təmsil olunur
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əl-Sisinin himayəsi ilə bu gün Qahirədə 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisi (EGYPS 2026) işə başlayıb.
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əl-Sisinin himayəsi ilə bu gün Qahirədə 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisi (EGYPS 2026) işə başlayıb.
Gundem.today AZƏRTAC-a istinadla xəbər verir ki, martın 30-dan aprelin 1-dək davam edəcək konfrans və sərgi Şimali Afrika və Aralıq dənizi regionunda enerji sahəsinin nüfuzlu platforması hesab olunur.
"EGYPS 2026" çərçivəsində müxtəlif ölkələrin nazirləri, beynəlxalq təşkilatların və iri enerji şirkətlərinin rəhbərləri, enerji ilə bağlı innovativ texnoloji həllər sahəsində fəaliyyət göstərən qlobal şirkətlərin liderləri iştirak edirlər. Azərbaycanı tədbirdə SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
"Əməkdaşlıq, fəaliyyət və reallıq vasitəsilə enerji keçidi" şüarı altında keçirilən tədbir çərçivəsində enerji təhlükəsizliyi, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri və müasir texnologiyaların tətbiqi kimi aktual məsələlərin müzakirəsi nəzərdə tutulur.
Sərgidə 500-dən çox, o cümlədən 51 yerli və beynəlxalq enerji şirkəti iştirak edir. Eyni zamanda, hökumət qurumlarını, beynəlxalq təşkilatları və iri enerji şirkətlərini təmsil edən 350-dən çox spikerin çıxışı nəzərdə tutulur.
Bundan əlavə, sərgi çərçivəsində 13 müxtəlif ölkənin milli pavilyonu təşkil olunub ki, bu da çoxtərəfli əməkdaşlıq və investisiya tərəfdaşlıqları üçün geniş imkanlar yaradır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAzərbaycan Nyu-York Milli BMT Modeli Konfransında təmsil olunub
Kaliforniya Dövlət Universitetinin bir qrup tələbəsi dünyanın ən qədim və böyük universitetlərarası BMT Modeli konfransı olan illik Nyu-York Milli BMT Modeli Konfransında Azərbaycanı təmsil edib.
SiyasətAzərbaycan MN: "İrandan Türkiyə ərazisinə ballistik raket buraxılmasını qətiyyətlə pisləyirik"
"İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikasının ərazisinə ballistik raketin buraxılmasını qətiyyətlə pisləyirik".
SiyasətBəşər tarixində ən qanlı faciələrdən biri - 1918-ci ilin mart soyqırımıları
"18-ci əsrdən başlayaraq minlərlə günahsız azərbaycanlı ermənilərin planlı şəkildə davam edən soyqırımı siyasətinin qurbanı olub. Onların Azərbaycan xalqına qarşı kütləvi qətliamları, azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyası, şəhər və kəndlərimizin dağıdılması, tarixi adlarının dəyişdirilməsi siyasəti bütün 20-ci əsr boyu da davam edib".
SiyasətHindistan vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Hindistan vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib.