
TÜRKPA Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını dəstəkləyib
TÜRKPA baş katibi Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması haqqında qərarına dair bəyanat yayıb.
TÜRKPA baş katibi Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması haqqında qərarına dair bəyanat yayıb.
Gundem.today xəbər verir ki, bəyanatda deyilir:
"Azərbaycan Respublikası Milli Məclisinin bu gün qəbul etdiyi, Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığın rəsmi şəkildə dayandırılması, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulması və Avronest Parlament Assambleyasına üzvlükdən çıxmaq üçün prosedurların başlanılması haqqında qərarını dəstəklədiyimizi bildiririk.
Bu qərar, Avropa Parlamentinin son illər ərzində Azərbaycana qarşı nümayiş etdirdiyi davamlı, tamamilə qərəzli və əsassız yanaşmanın nəticəsi olaraq qəbul edilib. Son altı il ərzində Avropa Parlamenti Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləmiş və ölkəni əsassız şəkildə hədəf alan, o cümlədən 2026-cı il 30 aprel tarixli son qətnamə də daxil olmaqla, 10-dan çox siyasi motivli sənəd qəbul edib.
Bu cür mövqe suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq kimi fundamental prinsiplərə etinasızlıq nümayiş etdirməklə yanaşı, Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesinə ziddir.
Parlament assambleyaları üzv olmayan dövlətlərin parlamentləri də daxil olmaqla, konstruktiv dialoq və xoşməramlı əməkdaşlıq platforması rolunu oynamalıdır. Təəssüf ki, Avropa Parlamenti səmimi qarşılıqlı fəaliyyət ruhu nümayiş etdirə bilməyib, əksinə, Azərbaycanı hədəf almağa üstünlük verir.
Bununla əlaqədar olaraq, bu cür davranış effektinin parlamentlərarası münasibətlərə töhfə vermədiyini vurğulayır və Avropa Parlamentini bu növ təcrübələrdən çəkinməyə çağırırıq".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAzərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb
Azərbaycan QHT-ləri Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə, Avropa Şurasının prezidenti Antonio Kostaya, 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında və Avropa İttifaqı-Ermənistan Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçılarına açıq məktub ünvanlayıb.
SiyasətRəşad Mehdiyevin yeni əsərləri təqdim edilib - FOTO
"Bentley Baku" "Art in Motion" simvolik ad altında Rəşad Mehdiyevin fərdi sərgisini təqdim edərək, yüksək incəsənət ilə dərin fəlsəfənin qovuşduğu məkana çevrilib.
Siyasətİranda daxili parçalanma: Əraqçını kimlər "aradan götürmək" istəyir? - VİDEO
Yaxın Şərqdə gərginlik yeni mərhələyə keçir.
SiyasətOkamponun gizli şəbəkəsi ifşa olundu: Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır?
Son günlər Azərbaycan mediasında ən çox müzakirə olunan məsələlərdən biri də Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun ölkəmizə qarşı fəaliyyətidir. Yayımlanan videomateriallarda o, faktiki olaraq Bakıya qarşı kampaniyada iştirakını təsdiqləyir. Üstəlik, adıçəkilən şəxs Avropa institutlarında əlaqələrinin və komandasının olduğunu açıq şəkildə bildirir, Avropa diplomatiyasının keçmiş rəhbəri Jozep Borrel və onun çevrəsini xatırladır. Lakin ən diqqətçəkən məqam Avropa i