
Okamponun gizli şəbəkəsi ifşa olundu: Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır?
Son günlər Azərbaycan mediasında ən çox müzakirə olunan məsələlərdən biri də Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun ölkəmizə qarşı fəaliyyətidir. Yayımlanan videomateriallarda o, faktiki olaraq Bakıya qarşı kampaniyada iştirakını təsdiqləyir. Üstəlik, adıçəkilən şəxs Avropa institutlarında əlaqələrinin və komandasının olduğunu açıq şəkildə bildirir, Avropa diplomatiyasının keçmiş rəhbəri Jozep Borrel və onun çevrəsini xatırladır. Lakin ən diqqətçəkən məqam Avropa i
Son günlər Azərbaycan mediasında ən çox müzakirə olunan məsələlərdən biri də Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun ölkəmizə qarşı fəaliyyətidir. Yayımlanan videomateriallarda o, faktiki olaraq Bakıya qarşı kampaniyada iştirakını təsdiqləyir. Üstəlik, adıçəkilən şəxs Avropa institutlarında əlaqələrinin və komandasının olduğunu açıq şəkildə bildirir, Avropa diplomatiyasının keçmiş rəhbəri Jozep Borrel və onun çevrəsini xatırladır. Lakin ən diqqətçəkən məqam Avropa istiqamətindəki proseslərdən çox, bu fəaliyyətin maliyyə bazasıdır.
Yeni kadrlardan aydın olur ki, kampaniya Rusiya-erməni nümayəndələrindən ibarət qrup tərəfindən maliyyələşdirilir və bu məqsədlə xüsusi fond yaradılıb. Məqsəd uzunmüddətli və davamlı informasiya təzyiqini təmin etməkdir.
Məsələ ilə bağlı Gundem.today-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli qeyd edib ki, əldə olunan videogörüntü beynəlxalq münasibətlərə neqativ təsir göstərən gizli qrupları ifşa edir.
O əlavə edib ki, videogörüntüdə əks olunanlar qlobal siyasi proseslərdə müəmmalı görünən bir çox məqamlara aydınlıq gətirir:
"Burada söhbət rüşvət, korrupsiya, kriminal əlaqələr üzərində formalaşmış bir şəbəkənin regional və qlobal siyasətə müdaxiləsindən gedir. Videoda adı keçən mərkəzi fiqur Luis Moreno Okampo uzun müddət Birləşmiş Millətlər Təşkilatının strukturlarında təmsil olunub, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru kimi fəaliyyət göstərib. Həmin postlardan istifadə edərək qazandığı əlaqələri bu gün lobbi qrup adı altında neqativ məqsədlər üçün istifadə edir. Danışıqlardan belə nəticə çıxır ki, Luis Moreno Okampo Avropa İttifaqı, Avropa Parlamenti kimi mötəbər təşkilatlarda münasibət qurduğu şəxsləri də özünün neqativ əməllərinə şərik edib. Luis Moreno Okampo prokuror olduğu dövrdə Azərbaycana qarşı əsası olmayan ittihamlar səsləndirib. Josep Borrel də eyni şübhəli hərəkətləri təkrarlayıb. Videodakı danışıqlarından bəlli olur ki, onlar Rusiyanın erməniəsilli biznesmenlərindən Azərbaycana qarşı qaralama kampaniyası aparmaq üçün maddi vəsait və göstərişlər alıblar".
Onun sözlərinə görə, məsələnin diqqətçəkən başqa bir tərəfi odur ki, bu cür şəxslər Avropa İttifaqı, Avropa Parlamenti, BMT, Avropa Şurası, kimi beynəlxalq dövlətlərarası təşkilatlarda yer tutaraq özlərinin cinayətkar əməllərini "insan haqlarının müdafiəsi", "demokratik dəyərlərin qorunması" adı ilə pərdələyiblər:
"Acınacaqlı haldır ki, bu tip neqativ proseslərdə digər beynəlxalq təşkilatların səlahiyyətli şəxslərinin də adları keçir. Təsadüfi deyil ki, bir müddət öncə "Epşteyn sənədləri" açılanda, orada Avropa Şurasının 10 il müddətində baş katibi olmuş Torbyorn Yaqlandın da adı çıxdı. İndi sual yaranır ki, bu şəbəkələrin üzvləri başqa hansı layihələri icra ediblər? Şəbəkənin başında hansı məşhur fiqurlar dayanır? Araşdırma davam etdiriləcəksə, bu suallara cavab veriləcək və deməli, dünyanı təkrarən silkələyəcək yeni bir proses başlayacaq".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətKorrupsiyaya bulaşmış siyasətçilər Bakıya mane ola bilməyəcəklər - RƏY
"Avropa Parlamenti, ATƏT və eyni zamanda digər beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili siyasətlərini davam etdirir".
SiyasətAzərbaycan və İran xarici işlər nazirləri telefonla danışdılar - Xəbərlərin 20:00 buraxılışı
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Siyasət"Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası" təsdiq edilib
"Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası" təsdiq edilib.
SiyasətHikmət Babaoğlu: "Avropa Parlamentinin qəbul etdiyi qətnamə hüquqi, demokratik və siyasi baxımdan qəbuledilməzdir"
"Avropa Parlamentinin qəbul etdiyi qətnamə hüquqi, demokratik və siyasi baxımdan qəbuledilməzdir".