
Azərbaycan sablyaçısı Palina Kaspiaroviç Daşkənddə bürünc medal qazandı
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamızın üzvü Palina Kaspiaroviç Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya kubokunun mərhələ yarışında bürünc medal qazanıb.
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamızın üzvü Palina Kaspiaroviç Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya kubokunun mərhələ yarışında bürünc medal qazanıb.
Gundem.today xəbər verir ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran idmançı yarımfinala kimi irəliləməklə bürünc medalı təmin edib.
Kaspiaroviç pley-offda Özbəkistan təmsilçisi Samira Şokirova (15:6), Venesuela sablyaçısı Katerina Paredes Torres (15:11), ukraynalı Alina Komaşçuk (15:14) və ispaniyalı Araceli Navarronu (15:13) məğlub edərək ən güclü "səkiizliy"ə yüksəlib. O, yarımfinal uğrunda keçirilən qarşılaşmada neytral bayraq altında çıxış edən Anastasiya Şorokovanı 15:10 hesabı ilə üstələyb.
Palina Kaspiaroviç final uğrunda görüşdə Bolqarıstan qılıncoynadanı Yoana İliyevaya 6:15 hesabı ilə uduzaraq üçüncü olub.
Uzunmüddətli zədədən sonra ilk dəfə beynəlxalq turnirdə yarışan Anna Başta əsas mərhələdə mübarizəni dayandırıb. Səbinə Kərimova və Zərifə Hüseynova isə keçid pley-off mərhələsində çıxışını başa vurub.
Qadın sablyaçılarımız sabah komanda yarışında ən güclü "səkkizliy"ə yüksəlmək uğrunda keçiriləcək qarşılaşmada ABŞ yığması ilə qarşılaşacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzərbaycanın U-19 millisi Şimali İrlandiyaya uduzdu
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiyaya məğlub olub.
İdman"Barselona"da CİDDİ İTKİ: Ulduz futbolçu sıradan çıxdı - FOTO
İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Rafinya zədələnib.
İdmanMauro İkardinin "Qalatasaray" macərası sona çatır
Argentinalı ulduz hücumçu Mauro İkardinin mövsümün sonunda "Qalatasaray" klubu ilə yollarını ayıracağı gözlənilir.
İdmanMillimizin baş məşqçisi komandanın əsas problemlərini AÇIQLADI
Azərbaycanın 17 yaşadək oğlan futbolçulardan ibarət milli komandasının hədəfi Avropa çempionatının seçmə mərhələsinin II raundunda Malta ilə keçirəcəyi oyunda qələbə qazanmaqdır.