
Şəhərin kommunal xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir - FOTO
Ardıcıl iki gündür yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərdə suyun kollektorlar vasitəsilə axıdılmasında çətinliklər müşahidə olunur.
Ardıcıl iki gündür yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərdə suyun kollektorlar vasitəsilə axıdılmasında çətinliklər müşahidə olunur.
Gundem.today xəbər verir ki, 27 mart səhər saatlarından başlayaraq Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın rayon icra qurumları və digər kommunal xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir.
Yaranmış vəziyyətlə əlaqədar Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin tabeli idarələri, rayon birlikləri və şəhərin digər təsərrüfat qurumları tərəfindən ərazidə sakinlərin təxliyəsi, yağış suları barmaqlıqlarının təmizlənməsi və digər zəruri tədbirlər görülməkdədir. Bu işlər gün boyu davam etdirilir.
Bundan əlavə, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də əraziyə baxış keçirərək, rayonun kommunal və təsərrüfat qurumlarına yağışın yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Mədəniyyət evi", yoxsa xarabalıq? - VİDEO
Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində yerləşən mədəniyyət evi bərbad vəziyyətə düşüb. Bir zamanlar kütləvi tədbirlərin keçirildiyi mədəniyyət ocağı hazırda qəzalı vəziyyətdədir.
Cəmiyyətİntensiv yağışların fəsadı: Bibiheybət yolunda uçqun: - VİDEO
Bakıda Bibiheybət qəbiristanlığının qarşısından keçən yolda torpaq uçqunu olub.
CəmiyyətBakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO
Bakıda qayda pozan, təhlükəli manevrlər edən motosiklet sürücüsü ilə bağlı araşdırma aparılıb.
CəmiyyətXaricdə mütəşəkkil cinayətkar qruplaşmaların qanunsuz miqrasiya fəaliyyətində iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO
"AnewZ" televiziya kanalında və AzTV-də Dövlət Təhlükəsizliyi Xidməti ilə "AnewZ" televiziya kanalının birgə layihəsi olan "Yolun yarısında" adlı sənədli film nümayiş etdirilib.