Son dəqiqə
Qubanın kəndində qaz PROBLEMİ: "Bəzi ailələr odun da tapa bilmirlər" - VİDEOGörmədilər, yoxsa görmək istəmədilər?ABŞ, Britaniya və Fransanın kəşfiyyatçıları Parisdə gizli görüşdülər – Səbəb nədir?Nazirlik təhsil müəssisələri üçün 18 milyonluq məhsul alırAilə münaqişəsi zəminində törədilən cinayətlərin sayı AZALIBSəbail rayonunun bir hissəsində üç saatdır qaz kəsilib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisə yaradacaq
Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisə yaradacaq
İqtisadiyyat

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisə yaradacaq

Bu gün
15:12
0 baxış
Paylaş:

"Serbiyanın Niş şəhəri yaxınlığında qaz elektrik stansiyasının tikintisi layihəsinin icrası üçün birgə müəssisənin yaradılması planlaşdırılır".

"Serbiyanın Niş şəhəri yaxınlığında qaz elektrik stansiyasının tikintisi layihəsinin icrası üçün birgə müəssisənin yaradılması planlaşdırılır".

Gundem.today "Report"a istinadən xəbər verir ki, bu barədə Serbiyanın Mədən və Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı müzakirələr Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyətinin görüşündə aparılıb.

Belə ki, Azərbaycan nümayəndə heyəti Serbiyanın Energetika Nazirliyi, "Elektroprivreda Srbije" və "Srbijagas" şirkətlərinin nümayəndələri ilə texniki səviyyədə bir sıra görüşlər keçirib.

"Tərəflər may ayının əvvəlində müqavilə şərtlərinin tam razılaşdırılacağına ümid edir", - məlumatda qeyd olunub.

Qeyd edilib ki, görüşün əsas mövzusu layihə üzrə müqavilənin kommersiya və texniki şərtlərinin razılaşdırılması olub.

Məlumata görə, sənəddə layihə üzrə tərəflərin - "Elektroprivreda Srbije", "Srbijagas" və SOCAR-ın iştirak payı və öhdəlikləri müəyyən ediləcək.

Nazirliyinin məlumatına əsasən, bu qaz elektrik stansiyası Serbiyanın strateji sənədlərində nəzərdə tutulmuş mühüm enerji layihələrindən biridir və ölkənin elektrik enerjisi sistemində əlavə baza güclərinin yaradılmasına, xüsusilə cənub bölgələrində sənayenin enerji təminatının gücləndirilməsinə xidmət edəcək. Stansiyanın 2030-cu ilədək istifadəyə verilməsi planlaşdırılır.

"Hazırda layihə çərçivəsində elektrik enerjisi üzrə təxminən 500 meqavat, istilik enerjisi üzrə isə 150 meqavat güc nəzərdən keçirilir", - nazirlikdən qeyd edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Azərbaycan_Dövlət_Neft_Şirkəti_(SOCAR)#Energetika_Nazirliyi#Serbiya#Qaz_elektrik_stansiyası

Oxşar Xəbərlər

Nazirlik təhsil müəssisələri üçün 18 milyonluq məhsul alırİqtisadiyyat

Nazirlik təhsil müəssisələri üçün 18 milyonluq məhsul alır

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələri üçün mebel, idman inventarları və digər təyinatlı məhsullar alacaq.

Bu gün
17:540
Avtomobillərin icbari sığortasında YENİ DÖVR - Bəzi sürücülərə BÖYÜK GÜZƏŞTLƏR ediləcəkİqtisadiyyat

Avtomobillərin icbari sığortasında YENİ DÖVR - Bəzi sürücülərə BÖYÜK GÜZƏŞTLƏR ediləcək

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında dəyişiklik edilib.

Bu gün
16:110
Azərbaycanda dövlət vəsaitinin yeyintisinin qarşısını almaq üçün TƏKLİFİqtisadiyyat

Azərbaycanda dövlət vəsaitinin yeyintisinin qarşısını almaq üçün TƏKLİF

Azərbaycanda dövlət vəsaitinin yeyintisinin qarşısını almaq üçün daxili auditin tam mənada işə salınması təklif olunur.

Bu gün
13:480
Xəzər dənizində "gəmidən gəmiyə" üsulu ilə yanacaq təchizatı əməliyyatlarına start verildiİqtisadiyyat

Xəzər dənizində "gəmidən gəmiyə" üsulu ilə yanacaq təchizatı əməliyyatlarına start verildi

"SOCAR Petroleum" QSC Xəzər dənizinin akvatoriyasında "gəmidən gəmiyə" üsulu ilə yanacaq təchizatı (bunkerləmə) əməliyyatlarına başladığını elan edib. Bu addım şirkətin inkişafında yeni mərhələ olmaqla yanaşı, Azərbaycanın dəniz logistikasında və yanacaq təchizatı sahəsində mövqeyini daha da gücləndirir.

Bu gün
13:420