
"Üfunətdən keçmək olmur" - Kürdəxanı sakinləri boğaza yığılıblar - VİDEO
Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Mehdi Məmmədov küçəsi, 17, yeni yaşayış massivində antisanitar vəziyyət hökm sürür.
Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Mehdi Məmmədov küçəsi, 17, yeni yaşayış massivində antisanitar vəziyyət hökm sürür.
Bununla bağlı Gundem.today-a qəsəbə sakinləri müraciət ediblər.
Onların sözlərinə görə, tullantıların vaxtında daşınmaması ciddi problemə çevrilib.
Belə ki, məişət tullantıları üçün nəzərdə tutulan konteynerlər tam dolub, zibil ətrafa səpələnərək geniş əraziyə yayılıb. Plastik torbalar, karton qutular və müxtəlif məişət tullantıları konteynerlərin ətrafında qalaqlanıb. Bəzi tullantıların isə torpağa qarışdığı müşahidə olunur.
Sakinlərin sözlərinə görə, mövcud konteynerlər köhnədir, onların bəzilərinin təkərləri yoxdur və istifadəyə yararlı deyil:
"Bizim məhəllədə zibil konteynerləri nə dəyişdirilib, nə də onlarla maraqlanan var. Bu konteynerlər çox köhnədir. Buradakı üfunətdən nə böyük, nə də uşaq rahat keçə bilir. İllərdir bu vəziyyətdə yaşayırıq. Bizim əsas tələbimiz odur ki, bu əraziyə diqqət yetirilsin və problem həll olunsun".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətGeneral Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.
CəmiyyətHava ilə bağlı yol polisindən sürücülərə MÜRACİƏT
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, həftəsonu paytaxta və respublikanın ayrı-ayrı rayonlarında havanın küləkli olacağı, yağış yağacağı gözlənilir. Qeyd edilən əlverişsiz hava yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir.
Cəmiyyət"Üfunətdən keçmək olmur" - Məmmədli sakinləri boğaza yığılıblar - VİDEO
Abşeron rayonu, Məmmədli kəndi, Mehdi Məmmədov küçəsi, 17, yeni yaşayış massivində antisanitar vəziyyət hökm sürür.
CəmiyyətBakıda təhlükə saçan yol: Sürücülər üsyan edirlər - VİDEO
Bu yolda ya qəza qaçılmazdır, ya da avtomobillərin şassisi sıradan çıxır.