Son dəqiqə
Ermənistan XİN başçısının müavini: "TRIPP Mərkəzi Asiyanı Avropa ilə bağlayan geniş və strateji təşəbbüsdür"Sakinlərin NƏZƏRİNƏ: Bu gün Bakının iki rayonunda qaz kəsiləcəkAndrey Babiş: "Azərbaycan Çex Respublikasının bir nömrəli neft təchizatçısıdır" - VİDEOFransada həbsxana böhranı: İşçilər ayağa qalxdılarZelenskinin təklifi Azərbaycan Ordusunun gücünü necə dəyişəcək? - VİDEOBritaniya kralı dördgünlük səfərlə ABŞ-yə gedib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib
Siyasət

Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib

Bu gün
22:56
0 baxış
Paylaş:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Respublikasına rəsmi səfər edib.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Respublikasına rəsmi səfər edib.

Gundem.today xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində nümayəndə heyəti ölkəmizin İtaliya Respublikasındakı səfirliyini ziyarət edib.

Daha sonra general-polkovnik Zakir Həsənov italiyalı həmkarı cənab Quido Krosetto ilə görüşüb.

Protokola uyğun olaraq rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad Aslanovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlər və perspektivləri müzakirə olunub.

Görüşdə, həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov italiyalı həmkarı Qvido Krozetto ilə görüşüb.

Gundem.today xəbər verir ki, bu barədə İtaliyanın Müdafiə Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Məlumatda Azərbaycanın Avrasiya regionunda rolunun fundamental xarakter daşıdığına və ölkənin İtaliya üçün əsas müttəfiq, eləcə də enerji sektorunda strateji tərəfdaş olduğuna diqqət çəkilib.

Q.Krozetto İran dronlarının Naxçıvana hücumunu qınadığını xatırlayaraq, eyni zamanda Bakının gərginliklərin idarə olunmasında nümayiş etdirdiyi təmkin və məsuliyyət hissini təqdir etdiyini vurğulayıb.

Nazirlər söhbət zamanı ikitərəfli əməkdaşlıq, xüsusən də Silahlı Qüvvələr arasında tədris və təlim fəaliyyətlərini müzakirə ediblər. Müdafiə sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bundan əlavə, əməkdaşlıq sahələrini genişləndirmək üçün gələcək danışıqları təşviq etməyə ortaq hazırlıq təsdiqlənib.

"Həmçinin davam edən münaqişələrin regional təhlükəsizliyə təsirləri fonunda Yaxın Şərq və Cənubi Qafqazda sabitliyin qorunub saxlanılmasının vacibliyi barədə ümumi fikir bölüşülüb", - Q.Krozetto əlavə edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Zakir_Həsənov#İran#İtaliya#Bakı#Naxçıvan_Muxtar_Respublikası#Cənubi_Qafqaz

Oxşar Xəbərlər

Andrey Babiş: "Azərbaycan Çex Respublikasının bir nömrəli neft təchizatçısıdır" - VİDEOSiyasət

Andrey Babiş: "Azərbaycan Çex Respublikasının bir nömrəli neft təchizatçısıdır" - VİDEO

"Azərbaycan əlbəttə ki, bizim üçün, Çex Respublikası üçün strateji tərəfdaşdır".

Bu gün
01:200
Zelenskinin təklifi Azərbaycan Ordusunun gücünü necə dəyişəcək? - VİDEOSiyasət

Zelenskinin təklifi Azərbaycan Ordusunun gücünü necə dəyişəcək? - VİDEO

Ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana baş tutan səfəri ümumilikdə iki ölkə arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərinin nümayişi baxımından əhəmiyyətli olsa da, verilən bəyanatlar içərisində ən çox diqqətçəkən məqam ölkələrin müdafiə sahəsində əməkdaşlığının perspektivi ilə bağlı olub.

Bu gün
01:120
İlham Əliyev: "Müharibə və münaqişələrin artdığı dövrdə özümüzü müdafiə etməyə hazır olmalıyıq" - VİDEOSiyasət

İlham Əliyev: "Müharibə və münaqişələrin artdığı dövrdə özümüzü müdafiə etməyə hazır olmalıyıq" - VİDEO

"Çexiya müdafiə sənayesi sahəsində özünün çox müasir və etibarlı məhsulları ilə xeyli tanınır".

Bu gün
00:360
Regionda yeni reallıq və dəyişikliklər: Azərbaycan mərkəzi qovşağa çevrilir - VİDEOSiyasət

Regionda yeni reallıq və dəyişikliklər: Azərbaycan mərkəzi qovşağa çevrilir - VİDEO

Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Bu gün
00:060