
Azərbaycan və Özbəkistan neft-qaz sahəsində birgə layihələri müzakirə edib
9 aprel 2026-cı il tarixində Özbəkistanda səfərdə olan SOCAR-ın vitse-prezidenti Arzu Cavadova "Özbəkneftqaz" ASC-nin İdarə Heyətinin sədri Abdugani Sanginov ilə görüşüb.
9 aprel 2026-cı il tarixində Özbəkistanda səfərdə olan SOCAR-ın vitse-prezidenti Arzu Cavadova "Özbəkneftqaz" ASC-nin İdarə Heyətinin sədri Abdugani Sanginov ilə görüşüb.
Gundem.today xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığına uyğun olaraq şirkətlər arasında ikitərəfli əməkdaşlığın dinamik inkişafından məmnunluq ifadə olunub. Tərəflər əlaqələrin cari vəziyyətinə və inkişaf perspektivlərinə dair müzakirələr aparıblar.
Söhbət zamanı "Üstyurt" kəşfiyyat sahəsində geoloji kəşfiyyat üzrə birgə layihənin icrası istiqamətində görülən işlər nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatYaxın Şərqdə gərginlik fonunda neftin bahalaşması Azərbaycana necə təsir göstərəcək?
Son həftələrdə qlobal enerji bazarları yenidən geosiyasətin sərt küləkləri ilə üz-üzə qalıb. Yaxın Şərqdə gərginliyin kəskinləşməsi, ABŞ və İran arasında hərbi qarşıdurmanın genişlənməsi, eləcə də dünya neft tədarükünün strateji arteriyası sayılan Hörmüz boğazı ətrafında risklərin artması bazarlarda narahatlığı pik həddə çatdırıb. Bunun fonunda neft qiymətləri siyasi qərarların və hərbi risklərin diktə etdiyi yeni bir mərhələyə qədəm qoyub.
İqtisadiyyatManatın dövretmə sürəti niyə zəifdir?
Pərviz Heydərov yazır...
İqtisadiyyatSOCAR "Itochu" Korporasiyası ilə əlaqələrin genişləndirilməsini müzakirə edib - FOTO
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiyanın "Itochu" Korporasiyası arasında əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub.
İqtisadiyyatXarici valyutanın satışı alışını üstələdi: "Artıq dolları manata çevirirlər" - VİDEO
2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon ABŞ dolları üstələyib. Başqa sözlə, əhali xarici valyutanı almaqdansa, satmağa üstünlük verib.