
Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində görülən birgə işlər müzakirə edilib
Müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin rektor müavini Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin rektor müavini Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Gundem.today-a Müdafiə Nazirliyindən məlumat verilib.
Türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək gül dəstələri qoyub, xatirələrini ehtiramla yad ediblər.
Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik K.Vəliyev Azərbaycan-Türkiyə münasibətlərinin tarixi köklərə söykəndiyini vurğulayaraq, bu əlaqələrin digər sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də inkişafının vacibliyini qeyd edib.
Bildirilib ki, hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsi hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayır.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən T.Canbolat hərbi təhsil sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.
Görüşdə hərbi təhsil sahəsində görülən birgə işlərin cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra mövzulara dair geniş fikir mübadiləsi aparılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
OrduMüasir müharibələrin kabusu - Dronlarla mübarizə taktikalarında effektiv üsul nədir? - VİDEO
Baku TV-nin "Hərbi xronika" rubrikasının budəfəki buraxılışında müasir müharibələrdə dronların rolu və onlara qarşı mübarizə üsulları təhlil edilib.
OrduAzərbaycan hərbi sənaye məhsulları beynəlxalq sərgidə nümayiş etdirilir - FOTO
Aprelin 20-də Malayziyanın Kuala Lumpur şəhərində "DSA 2026" 19-cu Asiya Müdafiə Xidmətləri Sərgisi öz işinə başlayıb.
OrduHərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən cari il üçün təsdiq olunmuş hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başlayıb.
OrduMüdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
Müdafiə Nazirliyi həftə ərzində baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb.