Son dəqiqə
Alimlərdən ağlagəlməz proqnoz: Yerin fırlanması yavaşlayır, sutka 25 saat olacaqEnn Heteuey dünyanın ən gözəl qadını seçilib - FOTOMbappe şəxsi rekord müəyyənləşdirdiAvropanın daha bir ölkəsi nüvə dövlətinə çevrilir: Regionda yeni vəziyyət yaranır - VİDEOBağçada uşaqlara keyfiyyətsiz qidalar verilir? - VİDEOİnformasiya cəbhəsində "süni intellekt savaşı": İranın satirik videoları nəyi hədəfləyir? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Ordu
  3. Azərbaycan hərbi sənaye məhsulları beynəlxalq sərgidə nümayiş etdirilir - FOTO
Azərbaycan hərbi sənaye məhsulları beynəlxalq sərgidə nümayiş etdirilir - FOTO
Ordu

Azərbaycan hərbi sənaye məhsulları beynəlxalq sərgidə nümayiş etdirilir - FOTO

Dünən
18:32
0 baxış
Paylaş:

Aprelin 20-də Malayziyanın Kuala Lumpur şəhərində "DSA 2026" 19-cu Asiya Müdafiə Xidmətləri Sərgisi öz işinə başlayıb.

Aprelin 20-də Malayziyanın Kuala Lumpur şəhərində "DSA 2026" 19-cu Asiya Müdafiə Xidmətləri Sərgisi öz işinə başlayıb.

Gundem.today xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Mehman Baxışovun rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb.

Sərgidə "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinə ("Azərsilah") məxsus 72 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir. Eyni zamanda, "Azərsilah"ın stendində Azərbaycanın "USH Group", "Synapline", "Q-STP", "6L Systems" və "RD Smart" şirkətləri də öz məhsullarını nümayiş etdirirlər.

Malayziyanın Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə iki ildən bir keçirilən "DSA 2026"da 50 ölkədən 600-dən çox yüksək səviyyəli nümayəndə heyəti, 1400 şirkət iştirak edir.

Sərgi çərçivəsində Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Musa Heybət, Malayziya müdafiə nazirinin müavini Adli bin Zahari və Sinqapur Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aaron Benq ilə görüşüb.

Görüşlərdə mövcud münasibətlərin ümumi vəziyyəti müsbət qiymətləndirilib, qarşılıqlı əlaqələrin gücləndirilməsinin əhəmiyyətinə toxunulub. Tərəflər müxtəlif platformalarda əməkdaşlıq imkanlarının araşdırılmasının vacibliyini qeyd ediblər.

Eyni zamanda, beynəlxalq əməkdaşlığın əhəmiyyəti və müdafiə sənayesi sahəsində təcrübə mübadiləsinin rolu, həmçinin gələcəkdə belə dialoqların davam etdirilməsinin önəmi vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sərgi aprelin 23-də başa çatacaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Ordu#DSA_2026_sərgisi#Azərbaycan_müdafiə_sənayesi#hərbi_məhsullar#Azərsilah_QSC#Mehman_Baxışov#Kuala_Lumpur_sərgi#Malayziya_müdafiə_tədbiri#hərbi_təyinatlı_məmulatlar#silah_istehsalı#beynəlxalq_hərbi_sərgi

Oxşar Xəbərlər

Müasir müharibələrin kabusu - Dronlarla mübarizə taktikalarında effektiv üsul nədir? - VİDEOOrdu

Müasir müharibələrin kabusu - Dronlarla mübarizə taktikalarında effektiv üsul nədir? - VİDEO

Baku TV-nin "Hərbi xronika" rubrikasının budəfəki buraxılışında müasir müharibələrdə dronların rolu və onlara qarşı mübarizə üsulları təhlil edilib.

Bu gün
01:240
Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində görülən birgə işlər müzakirə edilibOrdu

Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində görülən birgə işlər müzakirə edilib

Müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin rektor müavini Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dünən
19:420
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıbOrdu

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən cari il üçün təsdiq olunmuş hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başlayıb.

Dünən
14:300
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEOOrdu

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO

Müdafiə Nazirliyi həftə ərzində baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb.

19 aprel 2026
18:000