
Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol meydançasında qarşılaşıblar - VİDEO
Azərbaycan və Türkiyənin futbol komandaları qarşı-qarşıya gəliblər. Lakin bu oyun digərlərindən xeyli fərqlənib. Çünki qarşılaşmada peşəkar futbolçular deyil, yaradıcı şəxslər - incəsənət nümayəndələri iştirak ediblər.
Azərbaycan və Türkiyənin futbol komandaları qarşı-qarşıya gəliblər. Lakin bu oyun digərlərindən xeyli fərqlənib. Çünki qarşılaşmada peşəkar futbolçular deyil, yaradıcı şəxslər - incəsənət nümayəndələri iştirak ediblər.
Həm Azərbaycan, həm də Türkiyə komandası aktyorlar, bloqerlər, eləcə də keçmiş fubolçulardan təşkil olunub.
"İki aydan çoxdur ki, təlim-məşqlərə başlamışıq, ciddi şəkildə hazırlaşmışıq. Əsas məqsədimiz xeyriyyədir, buradan toplanan bütün vəsait kimsəsiz uşaqlara yardım üçün onlara təqdim olunacaq. Burada önəmli olan qalib gəlmək deyil. Əsas məqsədimiz kimsəsiz uşaqlara kömək etməkdir", - Azərbaycan komandasının məşqçisi Elhad Nəziri Baku TV-yə bildirib.
Qeyd edək ki, oyun Azərbaycan komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanƏliyar Ağayevə ağır cəza verildi
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Turan Tovuz" - "Zirə" (0:2) matçında verdiyi qərarlarla gündəmə gələn matçın baş hakimi Əliyar Ağayev ağır cəzaya məruz qalıb.
İdmanİtaliya A Seriyası: "Yuventus" öz meydanında qələbə qazandı
İtaliya A Seriyasının 31-ci turu çərçivəsində "Yuventus" evdə "Bolonya"nı qəbul edub.
İdmanQurban Qurbanov: "Hakimlər sanki təzyiq altındadırlar"
Qurban Qurbanov Misli Premyer Liqasında müzakirələrə səbəb olan hakim qərarları haqqında danışıb.
İdmanKİV: "Liverpul" Məhəmməd Salahı kiminlə əvəzləyəcəyini müəyyən edib - FOTO
İngiltərə nəhəngi "Liverpul" futbol klubu növbəti yay "transfer pəncərəsi" üçün hədəflərini müəyyənləşdirib.