
Əliyar Ağayevə ağır cəza verildi
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Turan Tovuz" - "Zirə" (0:2) matçında verdiyi qərarlarla gündəmə gələn matçın baş hakimi Əliyar Ağayev ağır cəzaya məruz qalıb.
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Turan Tovuz" - "Zirə" (0:2) matçında verdiyi qərarlarla gündəmə gələn matçın baş hakimi Əliyar Ağayev ağır cəzaya məruz qalıb.
Gundem.today "Teleqraf"a istinadən xəbər verir ki, penalti epizodlarında matçı davam etdirən təcrübəli FIFA referisi mövsümün növbəti beş turunda Premyer Liqa oyunlarına təyinat almayacaq.
Bundan başqa, həmin qarşılaşmada VAR hakimi olan Cavid Cəlilov da cəzalandırılıb. C.Cəlilov matçın 70-ci dəqiqəsində Qismət Alıyevin Roderik Millerin ayağını tapdaladığı epizodda potensial penaltini düzgün dəyərləndirə bilməyib və Əliyar Ağayevi monitora çağırmayıb. Oyunun nəticəsinə birbaşa təsir edən qərarlar olduğundan hər iki hakim eyni cəzaya məruz qalıb.
Qeyd edək ki, bu gün AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov sözügen matçdakı epizodları dəyərləndirib və Əliyar Ağayevin hər iki epizodda yanlış qərarlar verdiyini təsdiqləyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzərbaycan minifutbol millisinin Avropa çempionatında şansları necə dəyərləndirilir? - VİDEO
Baku TV-nin "İdmanda nə baş verir?" podkastının budəfəki buraxılışında minifutbol haqqında fikir mübadiləsi aparılıb.
İdmanAzərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol meydançasında qarşılaşıblar - VİDEO
Azərbaycan və Türkiyənin futbol komandaları qarşı-qarşıya gəliblər. Lakin bu oyun digərlərindən xeyli fərqlənib. Çünki qarşılaşmada peşəkar futbolçular deyil, yaradıcı şəxslər - incəsənət nümayəndələri iştirak ediblər.
İdmanİtaliya A Seriyası: "Yuventus" öz meydanında qələbə qazandı
İtaliya A Seriyasının 31-ci turu çərçivəsində "Yuventus" evdə "Bolonya"nı qəbul edub.
İdmanQurban Qurbanov: "Hakimlər sanki təzyiq altındadırlar"
Qurban Qurbanov Misli Premyer Liqasında müzakirələrə səbəb olan hakim qərarları haqqında danışıb.