
Trampdan sərt mesaj: "İran geri çəkilməsə, zərbələr davam edəcək"
ABŞ İran İslam Respublikası nümayəndələri ilə təmasları dəstəklədiyini bəyan etməsinə baxmayaraq, İrana zərbələr endirməyə davam edəcəyini açıqlayıb.
ABŞ İran İslam Respublikası nümayəndələri ilə təmasları dəstəklədiyini bəyan etməsinə baxmayaraq, İrana zərbələr endirməyə davam edəcəyini açıqlayıb.
Gundem.today xəbər verir ki, bu mövqeni ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən kabinet iclasında səsləndirib.
"Hazırda onların bir şansı var - bu da İranın nüvə ambisiyalarından tam imtina etməsi və irəliyə doğru yeni yol müəyyənləşdirməsidir. Görəcəyik, bunu etmək istəyirlərmi. Əgər etməsələr, biz onların ən pis kabusu olacağıq. Hələlik isə biz sadəcə onları maneəsiz şəkildə vurmağa davam edəcəyik, bizi heç nə dayandıra bilməz", - deyə o bildirib.
"İrana gəlincə, biz sadəcə işimizi davam etdirəcəyik", - deyə Amerika lideri əlavə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaNyu-Yorkda Maduro ilə bağlı iş üzrə ikinci məhkəmə iclası başlayıb
Venesuelanın keçmiş prezidenti Nikolas Maduro ilə bağlı iş üzrə ikinci məhkəmə iclası Manhettendə federal məhkəmədə hakim Elvin Hellerstaynın sədrliyi ilə başlayıb.
DünyaMalayziya gəmilərinə Hörmüz boğazından keçməyə icazə verildi
Malayziyanın Baş naziri Anvar İbrahim bildirib ki, İran, Misir, Türkiyə və regionun digər ölkələrinin liderləri ilə danışıqlar aparıb və artıq Malayziya gəmilərinə Hörmüz boğazından keçməyə icazə verilib.
DünyaZelenski Səudiyyə Ərəbistanına gedib - VİDEO
Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına gedib.
DünyaYaponiyada güclü zəlzələ baş verdi
Yaponiyanın Honşu adasının şərq sahilləri yaxınlığında, Sakit okean akvatoriyasında 6.2 bal gücündə zəlzələ qeydə alınıb.