Son dəqiqə
Azərbaycan və Rusiya rəsmiləri Zəngilan şəhərinə gediblərİranın ali rəhbərinin müşaviri ABŞ hərbi gəmilərini batırmaqla hədələdiMbappe Çempionlar Liqasında Messini geridə qoyduTürkiyədə qətliam törədən şagirdin atası: "Poliqona aparıb silahdan atəş açmağı öyrətdim" - FOTOEkvadorda avtobus uçurumdan düşərək yandı: 14 ölü, xeyli yaralı var - FOTO - VİDEOEkvadorda avtobus uçuruma yuvarlanaraq yandı: 14 ölü, xeyli yaralı var - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Ciddi nöqsanlar aşkarlanan mebel sexinin FƏALİYYƏTİ DAYANDIRILDI - FOTO - VİDEO
Ciddi nöqsanlar aşkarlanan mebel sexinin FƏALİYYƏTİ DAYANDIRILDI - FOTO - VİDEO
Cəmiyyət

Ciddi nöqsanlar aşkarlanan mebel sexinin FƏALİYYƏTİ DAYANDIRILDI - FOTO - VİDEO

Bu gün
12:00
0 baxış
Paylaş:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, ev 21 ünvanında fəaliyyət göstərən mebel sexində yoxlama keçirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, ev 21 ünvanında fəaliyyət göstərən mebel sexində yoxlama keçirilib.

Gundem.today xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Məlumatda qeyd olunub:

"Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, obyektdə yanğın su hovuzu mövcud deyil, obyektin bəzi divar və tavan hissələri yanar material olan lambirlə üzlənilib, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb, istehsalat və anbar otaqlarında yanar materialdan istifadə edilərək otaqlar yaradılıb, obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, ev 21 ünvanında yerləşən mebel sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#FHN#Dövlət_Yanğın_Nəzarəti_Xidməti#mebel_sexi#Binəqədi_rayonu#yanğın_təhlükəsizliyi#yoxlama#fəaliyyətin_dayandırılması#Bakı_xəbərləri#qayda_pozuntusu.

Oxşar Xəbərlər

Deputatdan BAHALAŞMA AÇIQLAMASI: Ən çox hansı məhsulların qiyməti artıb? - FOTOCəmiyyət

Deputatdan BAHALAŞMA AÇIQLAMASI: Ən çox hansı məhsulların qiyməti artıb? - FOTO

"Rəsmi statistikaya əsasən, bu ilin ilk rübündə istehlak bazarında 5.7 faiz qiymət artımı qeydə alınıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə isə daha yüksək inflyasiya müşahidə olunub: 6.8 faiz. 2026-cı ilin mart ayında isə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki ilin müvafiq ayına nisbətən 6.5 faiz artıb".

Bu gün
13:320
Aydın Hüseyinliyə Bakı Metropolitenində yüksək vəzifə verildi - FOTOCəmiyyət

Aydın Hüseyinliyə Bakı Metropolitenində yüksək vəzifə verildi - FOTO

"Bakı Metropoliteni" QSC-də şöbə rəisi Nəriman Mantaşev vəzifəsindən azad edilib.

Bu gün
13:200
DSMF-nin rüblük gəlirləri və xərcləri açıqlanıbCəmiyyət

DSMF-nin rüblük gəlirləri və xərcləri açıqlanıb

Bu ilin I rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2 milyard 132 milyon manat təşkil edib.

Bu gün
13:160
İcra başçısı yeni sektor müdirləri təyin etdi - FOTOCəmiyyət

İcra başçısı yeni sektor müdirləri təyin etdi - FOTO

Balakən Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları olub.

Bu gün
13:080