
Azərbaycanda bir ilk: AFFA məşhur Yohan Kroyf İnstitutu ilə tərəfdaşlığa imza atdı
AFFA ilə Yohan Kroyf İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
AFFA ilə Yohan Kroyf İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Gundem.today xəbər verir ki, məqsəd qarşılıqlı əməkdaşlıq çərçivəsində idman və futbol sahəsində istedadların inkişafına, bilik və bacarıqların artırılmasına töhfə verməkdir.
Əməkdaşlıq çərçivəsində Azərbaycanda bu institutun proqramlarında təhsil almaq istəyən şəxslər AFFA vasitəsilə daha əlçatan və güzəştli şərtlərlə iştirak edə biləcəklər. Bu imkan digər idman federasiyaları üçün də açıqdır.
Təşəbbüs yerli mütəxəssislərin beynəlxalq səviyyəli təhsil imkanlarından yararlanmasını təşviq edəcək, tərəflər arasında bilik və təcrübə mübadiləsini gücləndirəcək.
Bu əməkdaşlıq AFFA-nın futbol təhsili sahəsində beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və insan resurslarının inkişafına yönəlmiş strategiyasının bir hissəsidir. AFFA bununla ölkədə bu institutla əməkdaşlıq quran ilk idman federasiyası olub.
Qeyd edək ki, Yohan Kroyf İnstitutu idman idarəçiliyi, futbol biznesi, marketinq və liderlik sahələrində ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir. 1999-cu ildən fəaliyyət göstərən institut hazırda 90-dan çox proqram təqdim edir və 11 mindən artıq məzunu ilə geniş qlobal şəbəkəyə malikdir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAvropa çempionatı: Azərbaycan güləşçisi finala çıxdı
Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
İdman"Beşiktaş"ın sabiq futbolçusu qəfil vəfat etdi - FOTO
Türkiyənin "Beşiktaş" klubunun və Nigeriya milli komandasının sabiq futbolçusu Maykl Eneramo vəfat edib.
İdmanTəmkin Xəlilzadə ulduzlarla eyni komandada çıxış edəcək
Futbol üzrə Azərbaycan milli komandasının sabiq oyunçusu Təmkin Xəlilzadə karyerasını Türkiyədə davam etdirməyə hazırlaşır.
İdmanİtaliya DÇ-2026-ya İranın yerinə gedə bilərmi? - Donald Trampın CAVABI
ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında (DÇ) İran yığmasının İtaliya millisi ilə əvəzlənməsi ehtimalı ilə bağlı verilən sualı cavablandırıb.