
Azərbaycanda dövlət qurumlarına edilən müraciətlərin cavablandırılmasında YENİLİK
Vətəndaşların müraciətlərinə dair tələblərə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən əməliyyatların aparılması üçün yeni normalar müəyyən edilir.
Vətəndaşların müraciətlərinə dair tələblərə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən əməliyyatların aparılması üçün yeni normalar müəyyən edilir.
Gundem.today xəbər verir ki, sözügedən məsələ "Vətəndaşların müraciətləri haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, şəxsin müraciətinin cavablandırılması üsuluna dair seçimləri sırasına elektron və ya poçt ünvanı, yaxud EHİS vasitəsilə cavablandırma əlavə edilir.
Müraciətin (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) EHİS üzərindən cavablandırılmasını istənildiyi halda müraciət edən şəxsin fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) tələb ediləcək. Müraciətin elektron ünvan vasitəsilə cavablandırılması istənildiyi halda cavabın göndəriləcəyi elektron ünvan istəniləcək.
Vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədlə müraciət etmək və ya müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatında, yaxud EHİS üzərindən elektron imza vasitəsilə qeydiyyatdan keçmək yolu ilə qəbula yazılırlar. Hər üç qaydada qəbula yazılmış vətəndaş qəbul günü şəxsiyyət vəsiqəsini, müraciət edən vətəndaşın adından qəbula onun nümayəndəsi gəldikdə isə onun səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidir.
Sənədə əsasən, elektron müraciət həmin müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatına daxil edilir, həmin subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir, yaxud EHİS üzərindən təqdim olunur.
Belə ki, "Elektron hökumət" sahələrində fəaliyyətin daha səmərəli təşkili, dövlət idarəetməsinin optimallaşdırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də müvafiq sahələr üzrə təhlil aparılması, proqnoz və hesabatlar hazırlanması və onlar əsasında dövlət tənzimləməsini həyata keçirmək üçün zaman-zaman müvafiq normativ hüquqi aktlarda dəyişikliklər edilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Qadınlar şüurlu, kişilər şüursuz şəkildə xəyanət edirlər" - Ekspertlə SENSASİON MÜSAHİBƏ
"Əvvəlki dövrdə insanlar sanki münasibətə şüursuz şəkildə yanaşırdılar. Onlar nəsil artırmaq, ailə olmaq üçün evlənirdilər. İndi isə cütlüklərin münasibətlərdən gözləntiləri daha da çoxalıb. Ona görə də indi evliliklər daha çox gözə batır".
CəmiyyətÖlkədə yağış və güclü külək davam edir - FAKTİKİ HAVA
28 aprel saat 10:00-a olan məlumatına əsasən, ölkənin bəzi ərazilərində yağıntılı və küləkli hava şəraiti davam edir.
CəmiyyətAli məktəbə qəbul imtahanı verəcək abituriyentlərin NƏZƏRİNƏ
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 29 aprel saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin (DİM) müvafiq internet səhifəsinə (https://eservices.dim.gov.az/erizebak/cehd1/) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
CəmiyyətTikinti obyektlərində yoxlama - Müqaviləsiz işlədilməyə görə 2,5 milyonluq CƏRİMƏ
Azərbaycanda son 9 ildə tikinti obyektlərində 1 677 nəfərin əmək müqaviləsi olmadan işlədiyi müəyyən edilib.