Son dəqiqə
"Qadınlar şüurlu, kişilər şüursuz şəkildə xəyanət edirlər" - Ekspertlə SENSASİON MÜSAHİBƏÖlkədə yağış və güclü külək davam edir - FAKTİKİ HAVAAli məktəbə qəbul imtahanı verəcək abituriyentlərin NƏZƏRİNƏ"Telegram" bir gündə dünya üzrə 105 000-dən çox kanal və qrupu blokladıBakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb - FOTOTikinti obyektlərində yoxlama - Müqaviləsiz işlədilməyə görə 2,5 milyonluq CƏRİMƏ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Tikinti obyektlərində yoxlama - Müqaviləsiz işlədilməyə görə 2,5 milyonluq CƏRİMƏ
Tikinti obyektlərində yoxlama - Müqaviləsiz işlədilməyə görə 2,5 milyonluq CƏRİMƏ
Cəmiyyət

Tikinti obyektlərində yoxlama - Müqaviləsiz işlədilməyə görə 2,5 milyonluq CƏRİMƏ

Bu gün
10:48
0 baxış
Paylaş:

Azərbaycanda son 9 ildə tikinti obyektlərində 1 677 nəfərin əmək müqaviləsi olmadan işlədiyi müəyyən edilib.

Azərbaycanda son 9 ildə tikinti obyektlərində 1 677 nəfərin əmək müqaviləsi olmadan işlədiyi müəyyən edilib.

Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi məlumat yayıb.

Mərkəz fəaliyyətə başladığı tarixdən etibarən tikinti obyektlərində əmək münasibətlərinin vəziyyətinin araşdırılması məqsədilə 380 səyyar yoxlama həyata keçirib.

Bu monitorinqlər çərçivəsində ümumilikdə 13 291 nəfər yoxlanılıb və onlardan 1 677 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi müəyyən olunub. Yoxlanılmış işçilərin 555 hüquqi və fiziki şəxsi təmsil etdiyi aşkar edilib.

Monitorinqlər zamanı əmək və ya xidməti müqavilə olmadan 10 nəfərdən az işçinin cəlb olunması ilə bağlı 238 işəgötürən, 10 və daha çox işçinin cəlb olunması ilə bağlı isə 51 işəgötürən üzrə pozuntu halları qeydə alınıb. Aşkar edilmiş pozuntular üzrə ümumilikdə 2 milyon 526 min 700 manat məbləğində cərimə və maliyyə sanksiyaları tətbiq edilib.

Qeyri-formal məşğulluqla mübarizə çərçivəsində həyata keçirilən yoxlama tədbirləri ilə yanaşı, əmək münasibətlərinin rəsmiləşdirilməsinin təşviqi məqsədilə geniş maarifləndirmə işləri də aparılır. Son 9 il ərzində Bakı şəhərində yerləşən 547-dən çox tikilməkdə olan çoxmənzilli yaşayış obyektində işçi və işəgötürənlərlə maarifləndirici görüşlər təşkil olunub. Görüşlər zamanı qeyri-formal məşğulluğun səbəbləri müzakirə edilib, həlli yolları təqdim olunub və metodiki tövsiyələr verilib.

Kompleks yoxlama və maarifləndirmə tədbirləri nəticəsində Bakı şəhərinin tikinti sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində mühüm irəliləyiş əldə olunub. Təhlillər göstərir ki, ilkin dövrlə müqayisədə çoxmənzilli yaşayış binalarının inşasında qeyri-formal məşğulluğun səviyyəsi dörd dəfədən artıq azalıb. Görülmüş işlər işəgötürənlər və işçilər tərəfindən əmək qanunvericiliyinin tələblərinə daha yüksək səviyyədə riayət olunmasına şərait yaradıb və bu sahədə müsbət nəticələrlə müşayiət olunub.

380 səyyar yoxlama tədbirinin nəticəsi olaraq yalnız monitorinq edilmiş işəgötürənlər üzrə ümumilikdə 357 040 əmək müqaviləsi imzalanıb.

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi bir daha bildirir ki, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda son imzalanma tarixindən müqavilə bağlanılmış yaxud ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. İşəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə ciddi riayət etmələri, işçilərə isə işə başlamazdan əvvəl əmək müqaviləsinin bağlanılmasını tələb etmələri tövsiyə olunur.

Tikinti sektorunda səyyar monitorinqlər davam etdirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Əmək_Məcəlləsi#Əmək_müqaviləsi#Tikinti_obyektləri

Oxşar Xəbərlər

"Qadınlar şüurlu, kişilər şüursuz şəkildə xəyanət edirlər" - Ekspertlə SENSASİON MÜSAHİBƏCəmiyyət

"Qadınlar şüurlu, kişilər şüursuz şəkildə xəyanət edirlər" - Ekspertlə SENSASİON MÜSAHİBƏ

"Əvvəlki dövrdə insanlar sanki münasibətə şüursuz şəkildə yanaşırdılar. Onlar nəsil artırmaq, ailə olmaq üçün evlənirdilər. İndi isə cütlüklərin münasibətlərdən gözləntiləri daha da çoxalıb. Ona görə də indi evliliklər daha çox gözə batır".

Bu gün
11:040
Ölkədə yağış və güclü külək davam edir - FAKTİKİ HAVACəmiyyət

Ölkədə yağış və güclü külək davam edir - FAKTİKİ HAVA

28 aprel saat 10:00-a olan məlumatına əsasən, ölkənin bəzi ərazilərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Bu gün
11:010
Ali məktəbə qəbul imtahanı verəcək abituriyentlərin NƏZƏRİNƏCəmiyyət

Ali məktəbə qəbul imtahanı verəcək abituriyentlərin NƏZƏRİNƏ

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 29 aprel saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin (DİM) müvafiq internet səhifəsinə (https://eservices.dim.gov.az/erizebak/cehd1/) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Bu gün
10:590
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 106 il ötürCəmiyyət

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 106 il ötür

Bu gün 28 aprel istilasından - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutundan 106 il ötür.

Bu gün
10:400