Son dəqiqə
Pentaqon Vatikanı təhdid edib?İki şəhər, üç rayonda suçəkmə işlərindən SON GÖRÜNTÜLƏRİAstarada marketdə normativ tələblər pozulub - FOTOTovuzda bir ailə üç uşağından imtina etdiDövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin keçirilməsi qaydası təsdiqlənibRusiyada əcnəbilərin deportasiyası üçün əsaslar artırıldı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. MOK-un vitse-prezidenti: "Bəzən federasiyalarda baş verənlərdən xəbərsiz oluruq"
MOK-un vitse-prezidenti: "Bəzən federasiyalarda baş verənlərdən xəbərsiz oluruq"
İdman

MOK-un vitse-prezidenti: "Bəzən federasiyalarda baş verənlərdən xəbərsiz oluruq"

Bu gün
14:16
0 baxış
Paylaş:

"Komanda idman növlərinə nəzarəti artırmaq üçün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) tərkibində yaradılacaq Ekspertlər Şurasına konkret kimlərin daxil ediləcəyi hələlik məlum deyil".

"Komanda idman növlərinə nəzarəti artırmaq üçün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) tərkibində yaradılacaq Ekspertlər Şurasına konkret kimlərin daxil ediləcəyi hələlik məlum deyil".

Bu fikirləri MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Gundem.today-ın sualını cavablandırarkən deyib.

O bildirib ki, bəzən komanda idman növlərinin federasiyalarında baş verənlərdən MOK xəbərsiz olur:

"Olimpiya oyunlarında iştirak edən federasiyalarla daimi əlaqədəyik. Amma digərləri kənarda qalır. Ona görə də hər komanda idman növündə məşhur şəxslərdən birini Şuraya daxil edəcəyik. Bəzi hallarda federasiya daxilində baş verənlərdən xəbərsiz oluruq".

Ç.Hüseynzadə digər Azərbaycan təmsilçilərinin zədələnmiş olimpiya medalları haqqında da sualı cavablandırıb:

"Onlar medallarından razıdırlar. Hər biri ilə əlaqə saxladıq. Hidayət Heydərovla şəxsən danışdım. Zelim Kotsoyevlə də eynən. Onlar dedilər ki, problem yoxdur".

Qeyd edək ki, Azərbaycan idmançıları Paris Olimpiadasında 7 medal qazanıblar. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Alfonso Dominqeslə yanaşı, taekvondoçu Qaşım Maqomedov (58 kq) yalnız finalda uduzaraq gümüş medal əldə ediblər. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilərdən isə Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc mükafata sahib çıxıblar.

H.Heydərov və M.Maqomedovdan başqa digər beş idmançının medalları keyfiyyətini itirib.

Bu gün isə MOK-un İK-nin iclasında Həsrət Cəfərov və Qaşım Maqomedova yeni Olimpiya medalları təqdim edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Milli_Olimpiya_Komitəsi#MOK#Çingiz_Hüseynzadə#Ekspertlər_Şurası#Olimpiya_medalları#Paris_2024#zədələnmiş_medallar#komanda_idman_növləri#idman_federasiyaları#Hidayət_Heydərov#Zelim_Kotsoyev#Qaşım_Maqomedov#Həsrət_Cəfərov.

Oxşar Xəbərlər

Ehtiram Quliyevə verdiyi açıqlamalara görə AĞIR CƏZAİdman

Ehtiram Quliyevə verdiyi açıqlamalara görə AĞIR CƏZA

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunu olan "Turan Tovuz" - "Zirə" qarşılaşmasından sonra hər iki klub cəzalandırılıb.

Bu gün
14:320
Qaşım Maqomedov: "Məqsədim olimpiya qızılını qazanmaqdır"İdman

Qaşım Maqomedov: "Məqsədim olimpiya qızılını qazanmaqdır"

"Məqsədim olimpiya qızılını qazanmaqdır".

Bu gün
13:200
Həsrət Cəfərov və Qaşım Maqomedova yeni Olimpiya medalları təqdim edilib - VİDEOİdman

Həsrət Cəfərov və Qaşım Maqomedova yeni Olimpiya medalları təqdim edilib - VİDEO

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.

Bu gün
13:040
Komanda idman növlərinə nəzarəti gücləndirmək üçün Ekspertlər Şurası yaradılacaq - FOTOİdman

Komanda idman növlərinə nəzarəti gücləndirmək üçün Ekspertlər Şurası yaradılacaq - FOTO

Komanda idman növlərinə nəzarəti artırmaq üçün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) tərkibində Ekspertlər Şurası yaradılacaq.

Bu gün
12:310