Azyaşlıya sükan həvalə edən sürücü CƏZALANDIRILDI - FOTO - VİDEO
Kobud qayda pozuntusuna yol verən sürücü ilə bağlı sosial şəbəkələrdə və onlayn mediada yayılan videogörüntü araşdırılıb. Araşdırma zamanı hadisənin paytaxtın Binəqədi rayonu ərazisində baş verdiyi, "Hyundai" markalı avtomobilin sürücüsü Telman Rüstəmovun nəqliyyat vasitəsinin idarə edilməsini azyaşlıya həvalə etdiyi müəyyən edilib.

Gundem.today xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, həmin şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati məsuliyyət tədbirləri tətbiq olunub.
"BDYPİ bir daha diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin idarə edilməsinin azyaşlıya həvalə olunması qanunazidd olmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Nəqliyyat vasitəsi sahiblərindən və valideynlərdən tələb olunur ki, bu kimi hallara qətiyyən yol verməsinlər", - məlumatda bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəCəlilabadda 58 yaşlı kişi qohumu tərəfindən bıçaqlandı
Cəlilabad rayonunda 58 yaşlı kişi bıçaqlanıb.
HadisəYük avtomobili ödənişli yolda aşdı - VİDEO
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda çoxtonnajlı avtomobil aşıb.
HadisəBakıda moped və motosikletlərin səbəb olduğu AĞIR QƏZALARIN GÖRÜNTÜLƏRİ
"Son günlər qeydə alınan yol-nəqliyyat hadisələri bir daha göstərir ki, motosiklet və mopedlə hərəkət zamanı ən kiçik səhv belə ağır nəticələrə gətirib çıxara bilir. Təkcə ötən gün baş verən beş qəzadan üçü bu nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınıb".
HadisəLənkəranda ağac hərəkətdə olan avtomobilin üzərinə aşdı: İki qadın xəsarət aldı - FOTO
Lənkəranda ağac avtomobilin üstünə aşıb, xəsarət alanlar var.