
Azərbaycanda gömrük ödənişlərinin qaytarılması müddəti ARTIRILIR
Gömrük ödənişlərinin qaytarılması barədə müraciətin müddəti artırılır.
Gömrük ödənişlərinin qaytarılması barədə müraciətin müddəti artırılır.
Gundem.today-ın məlumatına görə, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənədə əsasən, gömrük ödənişlərinin bu məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən üç il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər.
Mövcud qanunvericilikdə həmin müddət bir ildir.
Həmçinin əlavə edək ki, 267.1 maddədə göstərilən hallar aşağıdakılardır:
- mallar qüsurlu olduqda;
- gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatGömrük borcunun hesablanmasında YENİLİK
Qismən azadolma ilə idxal edilən malların qalıqları rəsmiləşdirilərkən əvvəl ödənilmiş gömrük rüsumları və vergilər gömrük borcunun hesablanmasında nəzərə alınacaq.
İqtisadiyyatGömrükdən çıxarılmayan mallarla bağlı YENİ QAYDA: 24 ay bitəndən sonra nə olacaq?
Malların son istifadə xüsusi gömrük proseduru altında qalma müddəti müəyyənləşir.
İqtisadiyyatGömrüyə gətirilən avtomobillərlə bağlı YENİ TƏLƏB
Gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitələri üçün məsul şəxsin təqdim edəcəyi məlumatların siyahısı genişlənir.
İqtisadiyyatXaricdən gələn malların rəsmiləşdirilməsi ilə bağlı VACİB DƏYİŞİKLİK
Gömrük orqanlarına təqdim olunan xarici mallar müvəqqəti saxlanca müvəqqəti saxlanc bəyannaməsi əsasında yerləşdiriləcək.