
Gömrükdən çıxarılmayan mallarla bağlı YENİ QAYDA: 24 ay bitəndən sonra nə olacaq?
Malların son istifadə xüsusi gömrük proseduru altında qalma müddəti müəyyənləşir.
Malların son istifadə xüsusi gömrük proseduru altında qalma müddəti müəyyənləşir.
Gundem.today-ın məlumatına görə, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənədə əsasən, malların son istifadə xüsusi gömrük proseduru altında qalma müddəti 24 (iyirmi dörd) ay təşkil edəcək.
Göstərilən müddət ərzində sözügedən prosedurun məqsədinə nail olunmadıqda, gömrük orqanları şəxsin əsaslandırılmış müraciəti üzrə həmin müddəti daha 12 (on iki) aya qədər uzadacaq.
Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.
Qeyd olunan müddət müddət başa çatanadək mallar gömrük ərazisindən aparılmalı və ya digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir.
Son istifadə xüsusi gömrük proseduru üçün müəyyən edilmiş məqsədlərə uyğun olaraq malların istifadəsi və ya emalı nəticəsində yaranan tullantılar, qalıqlar və təbii itkilər son istifadə üçün nəzərdə tutulmuş mallar kimi nəzərə alınacaq.
Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların məhv edilməsi nəticəsində yaranan tullantılar və qalıqlar gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatAzərbaycanda gömrük ödənişlərinin qaytarılması müddəti ARTIRILIR
Gömrük ödənişlərinin qaytarılması barədə müraciətin müddəti artırılır.
İqtisadiyyatGömrük borcunun hesablanmasında YENİLİK
Qismən azadolma ilə idxal edilən malların qalıqları rəsmiləşdirilərkən əvvəl ödənilmiş gömrük rüsumları və vergilər gömrük borcunun hesablanmasında nəzərə alınacaq.
İqtisadiyyatGömrüyə gətirilən avtomobillərlə bağlı YENİ TƏLƏB
Gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitələri üçün məsul şəxsin təqdim edəcəyi məlumatların siyahısı genişlənir.
İqtisadiyyatXaricdən gələn malların rəsmiləşdirilməsi ilə bağlı VACİB DƏYİŞİKLİK
Gömrük orqanlarına təqdim olunan xarici mallar müvəqqəti saxlanca müvəqqəti saxlanc bəyannaməsi əsasında yerləşdiriləcək.