Son dəqiqə
Zelenskidən ŞOK XƏBƏRDARLIQ: "Yaxın Şərq alovlanır, Ukrayna qış ərəfəsində enerji böhranı ilə üz-üzə qalacaq"Xaricdə təhsil alan 10 nəfərin diplomunun saxta olduğu aşkar edilibPakistan ordusunun baş komandanı Tehrandadır - FOTOLivan iqtisadiyyatı çökmək riski ilə üz-üzədirAzərbaycan və Rusiya arasında avtomobillə yükdaşımalarının həcmi açıqlanıb - FOTOİlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. Azərbaycanda rekord: Katarakta əməliyyatı cəmi 1 dəqiqə 39 saniyəyə icra edildi
Azərbaycanda rekord: Katarakta əməliyyatı cəmi 1 dəqiqə 39 saniyəyə icra edildi
Digər

Azərbaycanda rekord: Katarakta əməliyyatı cəmi 1 dəqiqə 39 saniyəyə icra edildi

Bu gün
11:06
0 baxış
Paylaş:

Bakıda fəaliyyət göstərən "İstanbul NS" Klinikasında katarakta əməliyyatı rekord sürətlə - cəmi 1 dəqiqə 39 saniyə ərzində uğurla icra olunub.

Bakıda fəaliyyət göstərən "İstanbul NS" Klinikasında katarakta əməliyyatı rekord sürətlə - cəmi 1 dəqiqə 39 saniyə ərzində uğurla icra olunub.

Əməliyyatı 20 ildən artıq təcrübəyə malik cərrah-oftalmoloq Rəşidəlizadə Ergün həyata keçirib. Müasir göz cərrahiyyəsində belə qısa müddətdə icra olunan əməliyyatlar nadir hallarda rast gəlinir və yüksək peşəkarlıq tələb edir.

Katarakta (mirvari suyu) dünyada və Azərbaycanda görmə zəifliyinin əsas səbəblərindən biridir. Müasir texnologiyalar sayəsində bu xəstəliyin müalicəsi qısa müddətdə və təhlükəsiz şəkildə aparıla bilir.

Xatırladaq ki, dünya dərclərində kataraktanın fakoemulsifikasiyası və süni büllur implantasiyası əməliyyatı bu cərrahi üsulun təkmilləşdirilməsində müstəsna rolu olan yapon alimi cərrah Takayuki Akahoshi tərəfindən 1 dəqiqə 29 saniyəyə icra edilmişdir.

Həkimin sözlərinə görə, əməliyyatın sürətli icrası bir çox hallarda xüsusi əhəmiyyət daşıyır:

"Bəzi hallarda, xüsusilə uşaqlarda və ya ümumi vəziyyəti zəif olan yaşlı pasiyentlərdə əməliyyatın sedasiya və ya ümumi narkoz altında aparılması tələb olunur. Bu zaman əməliyyat müddətinin qısa olması narkozun təsir müddətini azaltmaq baxımından çox vacibdir. Eyni zamanda, cərrahi manipulyasiya nə qədər qısa davam edərsə, göz toxumalarına mexaniki təsir də bir o qədər az olur".

Mütəxəssis qeyd edir ki, bu nəticə müasir mikro-cərrahi texnologiyalar və xüsusi texniki yanaşmaların tətbiqi sayəsində əldə olunub.

Ekspertlər tövsiyə edirlər ki, görmə zəifliyi müşahidə olunduqda vaxtında oftalmoloqa müraciət etmək vacibdir. Katarakta erkən mərhələdə aşkar edildikdə müalicə daha effektiv olur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#katarakta_əməliyyatı#mirvari_suyu#göz_əməliyyatı#oftalmoloq_Bakı#görmənin_bərpası

Oxşar Xəbərlər

"City Garden Narimanov"da hazır mənzillər satışda - "Kristal"Digər

"City Garden Narimanov"da hazır mənzillər satışda - "Kristal"

Yeni ev üçün uzun müddət gözləmək istəməyənlər, mənzilini alıb dərhal köçmək istəyənlər üçün "Kristal"dan yaxşı xəbər var!

Bu gün
15:280
"Kapital Bank" 2026-cı ilin I rübü üzrə maliyyə nəticələrini elan edibDigər

"Kapital Bank" 2026-cı ilin I rübü üzrə maliyyə nəticələrini elan edib

Ölkənin birinci bankı "Kapital Bank"ın aktivləri 31 mart 2026-cı il tarixinə 11.8 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5.5 milyard manatdır.

Bu gün
14:480
"Yelo Bank" artıq Zaqatalada - FOTODigər

"Yelo Bank" artıq Zaqatalada - FOTO

"Yelo Bank" xidmət şəbəkəsini genişləndirməyə davam edir. Bankın yeni, sayca 23-cü xidmət məntəqəsi Zaqatala şəhərində fəaliyyətə başladı.

Bu gün
14:420
"Təmiz Şəhər" İT sistemlərini "Hökumət buludu"na köçürübDigər

"Təmiz Şəhər" İT sistemlərini "Hökumət buludu"na köçürüb

"Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" Azərbaycan Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Dünən
10:580