
"Təmiz Şəhər" İT sistemlərini "Hökumət buludu"na köçürüb
"Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" Azərbaycan Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.
"Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" Azərbaycan Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Fərmanın icrası çərçivəsində daha bir dövlət qurumu - "Təmiz Şəhər" ASC informasiya sistemləri və ehtiyatlarını "Hökumət buludu"na köçürüb. Qurum İT sistemlərini "AzInTelecom" MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib. "AzInTelecom" tərəfindən quruma Virtual server - IaaS ("Infrastructure-as-a-Service") və Rezervlənmə - BaaS (Backup-as-a-Service) xidmətləri təqdim olunub. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığına nail olub.
"Hökumət buludu" layihəsi "AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC tərəfindən icra edilir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin "AzInTelecom" MMC-yə məxsus data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində - vahid mərkəzdə saxlanılır, 24/7 rejimində monitorinq olunur.
"AzInTelecom" MMC "bulud" xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən "TIER III" sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"Azercell"in dəstəyi ilə "Azərbaycan Biznes Keys Müsabiqəsi 2026" baş tutub
Bu il müsabiqəyə 100-ə yaxın komanda müraciət edib.
Digər"Yelo Bank" ilk rübdə faiz gəlirlərini 25% artırıb
"Yelo Bank" 2026-cı ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabat dövrünün nəticələrinə əsasən, bank həm gəlirlilik, həm də kapital dayanıqlığı üzrə artım dinamikasını qoruyub saxlayıb. Rəqəmlərə nəzər yetirdikdə rüb üzrə əsas göstəricilər belədir:
Digər"Bakcell"in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"Bakcell" şirkətinin baş icraçı direktoru Klaus Müller 2026-cı il fevralın 6-da tutduğu vəzifədən ayrılıb. Telekommunikasiya sahəsində 30 ildən çox beynəlxalq təcrübəyə malik Klaus Müller təqaüdə çıxmaq qərarını elan edib.
Digər"Unibank" birinci rübün maliyyə nəticələrini açıqladı - FOTO
"Unibank KB" 2026-cı ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr əldə edib.