Son dəqiqə
Bakıda parkda meyit tapıldıAzərbaycan nefti ucuzlaşıbAzərbaycanın beş gəmisi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı - FOTOAğcabədidə güclü YANĞIN: Evdən meyit tapıldıABŞ-nin hərbi dəniz qüvvələri nazirinin istefasının PƏRDƏARXASI MƏQAMLARIMaduronun devrilməsinə mərc edən amerikalı hərbçi həbs olundu
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Azərbaycanda səhiyyə və sosial müdafiə sistemlərinin koordinasiyası gücləndirilir - VİDEO
Azərbaycanda səhiyyə və sosial müdafiə sistemlərinin koordinasiyası gücləndirilir - VİDEO
Cəmiyyət

Azərbaycanda səhiyyə və sosial müdafiə sistemlərinin koordinasiyası gücləndirilir - VİDEO

15 aprel 2026
20:24
0 baxış
Paylaş:

Azərbaycanda səhiyyə sistemində islahatlar yeni mərhələyə keçir. TƏBİB-in yeni icraçı direktorunun təyin olunması da bu prosesin tərkib hissəsi kimi diqqət çəkir. Bu, sadəcə, növbəti kadr dəyişikliyi deyil. Söhbət səhiyyənin idarə olunmasında daha çevik, səmərəli və vətəndaş yönümlü modelə keçiddən gedir.

Azərbaycanda səhiyyə sistemində islahatlar yeni mərhələyə keçir. TƏBİB-in yeni icraçı direktorunun təyin olunması da bu prosesin tərkib hissəsi kimi diqqət çəkir. Bu, sadəcə, növbəti kadr dəyişikliyi deyil. Söhbət səhiyyənin idarə olunmasında daha çevik, səmərəli və vətəndaş yönümlü modelə keçiddən gedir.

Gundem.today xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Son illər icbari tibbi sığorta sisteminin tətbiqi, xidmət paketinin genişləndirilməsi və tibbi xidmətlərin əhatə dairəsinin artırılması istiqamətində atılan addımlar indi artıq yeni institusional mərhələyə daxil olur.

Bu mərhələnin əsas hüquqi bazasını Prezident İlham Əliyevin martın 19-da imzaladığı fərman formalaşdırır. Həmin sənəd icbari tibbi sığorta sahəsində funksiyaların yenidən bölüşdürülməsini, səhiyyə və sosial müdafiə institutları arasında koordinasiyanın gücləndirilməsini, eyni zamanda TƏBİB-in rolunun artırılmasını nəzərdə tutur. Başqa sözlə, əvvəlki pərakəndə idarəetmə modeli tədricən daha mərkəzləşdirilmiş, nəticəyönümlü və hesabatlı sistemlə əvəzlənir.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, ölkəmizdə baş verən səhiyyə islahatları və dəyişikliklər yeni mərhələdə səhiyyə və sosial müdafiə sistemləri arasında daha səmərəli koordinasiyanın qurulmasını nəzərdə tutur:

"Bu isə həm İcbari tibbi sığorta fondunun vəsaitlərinin daha effektiv idarə olunmasına, həm də resursların düzgün istiqamətləndirilməsinə imkan verəcək başlanğıcdır. Xüsusilə də regionlarda xidmətlərin səviyyəsinin yüksəldilməsi əsas prioritet hədəflərdən biridir ki, mərkəz Bakı ilə bölgələr arasında zaman içərisində fərqlərin azaldılması hədəflənməkdədir. Birmənalı olaraq daha çevik, nəticəyönümlü və vətəndaş yönümlü idarəetmə modelinin formalaşmasına şərait yaradılacaq".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Rəşad_Mahmudov#Tibbi_Ərazi_Bölmələrini_İdarəetmə_Birliyi_(TƏBİB)#Anar_Bayramov

Oxşar Xəbərlər

Xətai rayonunda məktəbin yolu zəbt olunur: Araşdırma başlanıldı - VİDEOCəmiyyət

Xətai rayonunda məktəbin yolu zəbt olunur: Araşdırma başlanıldı - VİDEO

Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 ünvanında, 86 nömrəli məktəbin yaxınlığında yolun zəbt olunması və ərazidə qanunsuz tikinti iddiası ilə bağlı polis açıqlama verib.

Bu gün
09:080
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə edilir - FOTO - 24.04.2026Cəmiyyət

Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə edilir - FOTO - 24.04.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu gün
08:190
Ağdam daha 110 ailəyə qucaq açır: Bu dəfə 397 nəfər yurduna dönürCəmiyyət

Ağdam daha 110 ailəyə qucaq açır: Bu dəfə 397 nəfər yurduna dönür

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış prosesi çərçivəsində bu gün Ağdam şəhərinə növbəti köç karvanı baş tutur.

Bu gün
07:040
Ağdam daha 110 ailəyə qucaq açır: Bu dəfə 397 nəfər yurduna yola salındı - VİDEOCəmiyyət

Ağdam daha 110 ailəyə qucaq açır: Bu dəfə 397 nəfər yurduna yola salındı - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış prosesi çərçivəsində bu gün Ağdam şəhərinə növbəti köç karvanı baş tutur.

Bu gün
07:040