Son dəqiqə
İrandan Hörmüz boğazından keçidlə bağlı Rusiyaya güzəştSələmçiliklə bağlı XƏBƏRDARLIQ - Ali Məhkəmə məlumat yaydıBakının bəzi yollarında HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ - SİYAHI"Brent" markalı neftin qiyməti 105 dolları keçdiAli məktəbə qəbul olmaq istəyən əvvəlki illərin məzunlarının NƏZƏRİNƏOmbudsmanın nümayəndələri Suriyadan gətirilən repatriantlarla görüşüblər
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Azərbaycanın beş gəmisi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı - FOTO
Azərbaycanın beş gəmisi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı - FOTO
Siyasət

Azərbaycanın beş gəmisi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı - FOTO

Bu gün
09:35
0 baxış
Paylaş:

Avropa İttifaqı Şurasının 23 aprel 2026-cı il tarixli müvafiq qərarı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus "Zaqatala" gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus "Şuşa", "Qarabağ", "Xankəndi" və "Zəngəzur" gəmilərinə tətbiq edilmiş sanksiyalar ləğv olunub. Qərara əsasən, sözügedən gəmilər Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb.

Avropa İttifaqı Şurasının 23 aprel 2026-cı il tarixli müvafiq qərarı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus "Zaqatala" gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus "Şuşa", "Qarabağ", "Xankəndi" və "Zəngəzur" gəmilərinə tətbiq edilmiş sanksiyalar ləğv olunub. Qərara əsasən, sözügedən gəmilər Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb.

Gundem.today xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) məlumat yayıb.

Bildirilib ki, məsələnin müsbət həlli Azərbaycan Respublikası Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, "AZCON Holding" şirkətlərindən olan ASCO, eləcə də SOCAR tərəfindən koordinasiyalı şəkildə həyata keçirilmiş diplomatik və hüquqi fəaliyyət nəticəsində mümkün olub.

Qeyd edək ki, sözügedən gəmilər çarter müqavilələri əsasında üçüncü tərəflərə uzunmüddətli icarəyə verilmiş, onların istismarı isə beynəlxalq qaydalara, o cümlədən beynəlxalq sanksiya tələblərinə tam uyğun şəkildə həyata keçirilmişdi. Qəbul olunmuş qərar beynəlxalq hüquq normalarına əsaslanan obyektiv yanaşmanın və konstruktiv dialoqun nəticəsi kimi qiymətləndirilir.

ASCO gəmiçilik sahəsində beynəlxalq fəaliyyət göstərən dövlət şirkəti kimi bundan sonra da fəaliyyətini ölkə qanunvericiliyinə, beynəlxalq hüquq normalarına və beynəlxalq sanksiya rejimlərinə ciddi riayət etməklə davam etdirəcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#ASCO#SOCAR#Avropa_İttifaqı#sanksiyaların_ləğvi#Azərbaycan_gəmiləri#Zaqatala_gəmisi#Şuşa_gəmisi#beynəlxalq_sanksiyalar#dəniz_gəmiçiliyi#AZCON_Holding

Oxşar Xəbərlər

Azərbaycan tranzit keçməklə Ermənistan buğda göndəriləcəkSiyasət

Azərbaycan tranzit keçməklə Ermənistan buğda göndəriləcək

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana buğda göndəriləcək.

Bu gün
09:100
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcəkSiyasət

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana buğda göndəriləcək.

Bu gün
09:100
Elçin Əmirbəyov XI Delfi İqtisadi Forumunda çıxış edib - VİDEOSiyasət

Elçin Əmirbəyov XI Delfi İqtisadi Forumunda çıxış edib - VİDEO

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov XI Delfi İqtisadi Forumunda iştirak edib.

Bu gün
00:320
ABŞ-İran qarşıdurması yeni mərhələyə keçdi: Sülh mesajları fonunda hərbi təhdidlər - VİDEOSiyasət

ABŞ-İran qarşıdurması yeni mərhələyə keçdi: Sülh mesajları fonunda hərbi təhdidlər - VİDEO

ABŞ və İran arasında qarşıdurma yeni və daha təhlükəli mərhələyə daxil olur. Bir tərəfdə atəşkəsin uzadılması və sülh danışıqları ilə bağlı mesajlar, digər tərəfdə isə Hörmüz boğazına hücumlar, blokada və hərbi təhdidlər yer alır.

Bu gün
23:420