Maduronun devrilməsinə mərc edən amerikalı hərbçi həbs olundu
ABŞ Ədliyyə Nazirliyi Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirak edən xüsusi təyinatlı hərbçi Qannon Ken Van Daykın həbs olunduğunu açıqlayıb. O, insayder məlumatlarından istifadə etməkdə ittiham olunur: istintaqın məlumatına görə, hərbçi "Polymarket" platformasında Venesuela liderinin vəzifədən kənarlaşdırılması ilə bağlı mərclərdən 400 min dollardan çox gəlir əldə edib.

Bu barədə Gundem.today CNN-ə istinadən məlumat yayıb.
İttiham aktına əsasən, dekabrın sonlarında xüsusi təyinatlı proqnozlaşdırma platformasında hesab açıb və bir həftə ərzində ümumi məbləği təqribən 33 min dollar olan 13 mərc edib. İttiham tərəfi bildirir ki, Van Dayk mərc etməzdən əvvəl Maduronun ələ keçirilməsi ilə bağlı məxfi planlara çıxış əldə edib. Prezident devrildikdən sonra ödənilən böyük uduş dərhal hüquq-mühafizə orqanlarının diqqətini çəkib.
Van Dayka məxfi hökumət məlumatlarının oğurlanması və qanunsuz istifadəsi, habelə dələduzluq da daxil olmaqla beş maddə üzrə ittiham irəli sürülüb. İlk məhkəmə iclası Şimali Karolinada baş tutacaq. "Polymarket" nümayəndələri şübhəli fəaliyyəti müstəqil şəkildə aşkar etdiklərini və insayder barədə məlumatları Ədliyyə Nazirliyinə təhvil verdiklərini bildiriblər.
Ümumilikdə hərbçi ABŞ-nin Venesuelaya müdaxiləsi ilə bağlı dörd fərqli nəticəyə mərc edib.
Bu həbs və ittiham ABŞ Ədliyyə Nazirliyinin proqnoz bazarlarında insayder ticarəti qanunu çərçivəsində bir hərbçini təqib etdiyi ilk hal kimi qeydə alınıb.
Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar.
ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamları ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİrandan Hörmüz boğazından keçidlə bağlı Rusiyaya güzəşt
"Tehran Hörmüz boğazı vasitəsilə hərəkət edən gəmilərdən alınan keçid rüsumları ilə bağlı Rusiya və bəzi digər ölkələr üçün xüsusi güzəştlər nəzərdə tutub".
Dünya"Brent" markalı neftin qiyməti 105 dolları keçdi
Qlobal bazarda neft bahalaşıb.
DünyaRusiyada FTX məmurlara qarşı terror planını pozdu
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna xüsusi xidmət orqanları tərəfindən "Roskomnadzor" (Monitorinq və İdarəetmə Mərkəzi) rəhbərliyinə qarşı hazırlanan terror hücumunun qarşısının alındığını bəyan edib.
DünyaRusiyada FTX məmurlara qarşı terror planını pozdu - VİDEO