Son dəqiqə
Lənkəranda torpaq sürüşməsi yenidən aktivləşib: Yolda iri çatlar və çökmələr yaranıb - FOTO - VİDEOBTQ tərəfindən təşkil edilmiş beynəlxalq konfrans dünya mediasında"WhatsApp" çatında çox sayda mesaj yığılıb və oxumağa vaxtınız yoxdur? - Yeni funksiya əlavə ediləcəkDövlət Xidmətində rüşvət ƏMƏLİYYATI: Saxlanılanlar varDövlət xidmətində rüşvət ƏMƏLİYYATI: Saxlanılanlar var10 uşaqlı ailə çarəsiz halda: "Qapının şəklini çəkib, yardımdan imtina ediblər" - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. "Azərbaycanfilm"də QALMAQAL: "Mənə heç kim "get, otur evdə" deməyib" - FOTO
"Azərbaycanfilm"də QALMAQAL: "Mənə heç kim "get, otur evdə" deməyib" - FOTO
Mədəniyyət

"Azərbaycanfilm"də QALMAQAL: "Mənə heç kim "get, otur evdə" deməyib" - FOTO

Bu gün
14:20
0 baxış
Paylaş:

"Mənə heç kim "pensiyaçı adamsan, get, otur evdə" deməyib və mən də belə bir fikir səsləndirməmişəm".

"Mənə heç kim "pensiyaçı adamsan, get, otur evdə" deməyib və mən də belə bir fikir səsləndirməmişəm".

Bunu Gundem.today-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış qrim ustası Elbrus Vahidov deyib.

O bildirib ki, bəzi media resurslarında fikirləri təhrif olunub:

"Fikirlərim səhv anlaşılıb. Məsələ belə olub - mənə saytdan zəng etdilər, dedilər ki, guya mən kimdənsə şikayət etmişəm. Cavab verdim ki, mən heç kimdən şikayət etməmişəm. Sadəcə qeyd etdim ki, "mənə deyə bilərdilər ki, siz pensiyaçı adamsınız, yaxşı olar gedib evdə oturasınız".

Yəni bu ifadəni sözgəlişi özüm işlətmişəm, mənə belə bir söz deyilməyib. Mən heç yeni direktorla da tanış deyiləm. Ümumiyyətlə, məsələ təkcə mənim əşyalarımın otaqdan çıxarılması ilə bağlı deyil.

Məsələ belədir ki, həmin yer emalatxana kimi böyük otaq idi və biz qrimçilər orada bığ, saqqal hazırlayırdıq. Nədənsə, gəlib dedilər ki, otağı boşaldın, biz də boşaltdıq. Əşyaların tullandığı barədə deyilənlər doğru deyil. Sadəcə, həmin otaq bizim üçün vacib idi deyə müəyyən narazılıq yarandı. Çünki bu günə qədər də otaq boşdur - nə təmir aparılır, nə də istifadə olunur, sadəcə qapısı bağlanıb. Başqa hər hansı bir məsələ yoxdur", - deyə E.Vahidov bildirib.

Əməkdar incəsənət xadimi, tanınmış qrim ustası Elbrus Vahidovun "Azərbaycanfilm" studiyasındakı otağından çıxarıldığı, qrim masasının sındırıldığı iddia olunub.

Gundem.today xəbər verir ki, bununla bağlı sosial şəbəkədə edilən paylaşım kino ictimaiyyəti tərəfindən ciddi müzakirə mövzusuna çevrilib.

Qeyd olunub ki, "Tütək səsi", "Yeddi oğul istərəm", "İstintaq", "Fəryad" kimi tanınmış filmlərdə qrim rəssamı kimi çalışmış 75 yaşlı Elbrus Vahidov "Azərbaycanfilm" kinostudiyasındakı otağından yeni rəhbərlik tərəfindən çıxarılıb.

İddialara görə, Elbrus Vahidovun ştatda olmaması əsas gətirilərək onun otağı xəbərdarlıq edilmədən boşaldılıb, şəxsi əşyaları isə kənara atılıb, qrim ustasının istifadə etdiyi masa da yararsız hala salınıb. Buna səbəb kimi isə otağın icarəyə verilməsi planı göstərilib.

Gundem.today-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Kino Agentliyindən (ARKA) bildirilib ki, Elbrus Vahidovun Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasındakı iş otağı ilə bağlı sosial şəbəkələrdə və bəzi media resurslarında yayılan məlumatlar reallığı əks etdirmir.

"Hazırda kinostudiyanın ərazisində onun kino sənayesi parkına çevrilməsi istiqamətində mərhələli şəkildə abadlıq, təmir və bərpa işlərə başlanıb. Bu çərçivədə mövcud məkanların funksional baxımdan yenidən təşkili aparılır. Elbrus Vahidovun istifadəsində olan otaqlardan anbar kimi istifadə edilən hissə onun razılığı və iştirakı ilə təmir məqsədilə boşaldılıb, şəxsi əşyaları özü tərəfindən götürülüb. Otaqda olan istifadəyə yararsız inventar da razılığı əsasında çıxarılıb.

Eyni zamanda qeyd edirik ki, Elbrus Vahidovun kinostudiyada ayrıca iş otağı mövcuddur və o, fəaliyyətini davam etdirir. Təmizlənmiş məkanın qrim xidmətləri üçün istifadəsi nəzərdə tutulur. Həmin otağın icarəyə verilməsi ilə bağlı səsləndirilən fikirlər isə təsdiqini tapmır.

Ümumilikdə həyata keçirilən işlər kinostudiyada daha səmərəli və rahat yaradıcı mühitin formalaşdırılmasına, kino sahəsində çalışan mütəxəssislər üçün imkanların genişləndirilməsinə xidmət edir. Tarixi ənənələrə malik "Azərbaycanfilm" kinostudiyasının müasir yanaşmalar əsasında yenilənməsi və inkişafı istiqamətində tədbirlər davam etdirilir", - deyə məlumatda bildirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Mədəniyyət#Azərbaycan_Kino_Agentliyi

Oxşar Xəbərlər

"Azərbaycanfilm"də QALMAQAL: Tanınmış qrim ustası otağından çıxarılıb? - FOTOMədəniyyət

"Azərbaycanfilm"də QALMAQAL: Tanınmış qrim ustası otağından çıxarılıb? - FOTO

Əməkdar incəsənət xadimi, tanınmış qrim ustası Elbrus Vahidovun "Azərbaycanfilm" studiyasınıdakı otağından çıxarıldığı, qrim masasının sındırıldığı iddia olunub.

Bu gün
11:480
"Azərbaycanfilm"də QALMAQAL: Tanınmış qrim ustası otağından niyə çıxarılıb? - FOTOMədəniyyət

"Azərbaycanfilm"də QALMAQAL: Tanınmış qrim ustası otağından niyə çıxarılıb? - FOTO

Əməkdar incəsənət xadimi, tanınmış qrim ustası Elbrus Vahidovun "Azərbaycanfilm" studiyasınıdakı otağından çıxarıldığı, qrim masasının sındırıldığı iddia olunub.

Bu gün
11:480
Anar Məmmədxanovun xatirəsinə həsr olunan "Anarsız 15 il" adlı tədbir keçirilib - VİDEOMədəniyyət

Anar Məmmədxanovun xatirəsinə həsr olunan "Anarsız 15 il" adlı tədbir keçirilib - VİDEO

Bakı Kitab Mərkəzində Bakı Şən və Hazırcavablar Klubunun (ŞHK) mərhum prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı Anar Məmmədxanovun vəfatının 15-ci ildönümü münasibətilə "Özünə sadiq ömür: Anarsız 15 il" adlı tədbir keçirilib.

Dünən
20:580
"Tağıyev: Məktəb" filminin nümayiş vaxtı məlum olubMədəniyyət

"Tağıyev: Məktəb" filminin nümayiş vaxtı məlum olub

"Tağıyev: Məktəb" filminin nümayiş vaxtı məlum olub.

Dünən
20:400