
Azərbaycanı dünyada tanıdan oymaçı Azər Əsədovun hekayəsi - FOTO
59 yaşlı oymaçı Azər Əsədov sənət yoluna əvvəlcə rəssamlıqla başlasa da, 1982-ci ildən etibarən özünü tamamilə oyma sənətinə həsr edib.
59 yaşlı oymaçı Azər Əsədov sənət yoluna əvvəlcə rəssamlıqla başlasa da, 1982-ci ildən etibarən özünü tamamilə oyma sənətinə həsr edib.
Gundem.today PhotoStock.az-a istinadən xəbər verir ki, onun ilk əl işi taxtadan hazırladığı Qız Qalasının maketi olub və bu, gələcək yaradıcılığının əsasını qoyub.
Daha sonra bu sahə üzrə texniki peşə məktəbində təhsil alaraq peşəkarlığını inkişaf etdirib. Azər Əsədov 2001-ci ildən fəaliyyət göstərən emalatxanasını da öz əlləri ilə inşa edib.
O bildirir ki, ağac üzərində işləmək onun üçün sadəcə sənət deyil, eyni zamanda, bir növ daxili rahatlıq və istirahətdir. Sənətinin sirlərini paylaşmağı missiya sayan usta həm də Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində bədii oyma üzrə mentor vəzifəsində çalışır. Burada o, reabilitasiya keçən uşaqlara və gənclərə ağac üzərində oyma sənətinin incəliklərini öyrədir. Onun fikrincə, bu sənət həmin gənclər üçün həm əlçatan, həm də terapevtik təsirə malikdir.
Azər Əsədovun yaradıcılığı yalnız yerli sərgilərlə məhdudlaşmır. O, müxtəlif beynəlxalq sərgilərdə iştirak edərək İtaliya, Belçika, Rusiya və Səudiyyə Ərəbistanı kimi ölkələrdə Azərbaycanı uğurla təmsil edib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Azər Əsədov bu gün həm sənəti, həm də yetişdirdiyi şagirdlərlə ağac oymaçılığının yaşamasına və inkişafına töhfə verməkdə davam edir.
Daha çox foto burada: PhotoStock.az
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətMəzahir Pənahovun oğlunun keçmiş həyat yoldaşına qaytaracağı əmlak məlum olub - SİYAHI
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı H.Pənahova arasındakı məhkəmə çəkişməsi başa çatıb.
CəmiyyətAzərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək
Saatlı rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün yeni mənzillərin verilməsi planlaşdırılır.
CəmiyyətMart qırğınları zamanı 2000-ə yaxın şəxsin qətlə yetirildiyi rayon - VİDEO
1918-ci ilin mart-aprel aylarında erməni-bolşevik silahlıları tərəfindən Azərbaycan xalqına qarşı törədilən soyqırımı aktları təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Hacıqabul rayonu ərazisində də kütləvi qətliamlar, talanlar və dağıntılar törədilib.
Cəmiyyət"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" - MTK və vətəndaş arasında QALMAQAL - VİDEO
Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, ərazidə bina inşa edən şirkət vətəndaşların hasarını uçurub və nəticədə qəzalı vəziyyət yaranıb.