
Kevin De Bruyne karyerası ilə bağlı qərarını açıqladı
"Napoli" klubunun ulduz hücumameyilli yarımmüdafiəçisi Kevin De Bruyne 2026-cı il Dünya Çempionatından sonra Belçika millisindəki gələcəyi ilə bağlı yayılan suallara aydınlıq gətirib.
"Napoli" klubunun ulduz hücumameyilli yarımmüdafiəçisi Kevin De Bruyne 2026-cı il Dünya Çempionatından sonra Belçika millisindəki gələcəyi ilə bağlı yayılan suallara aydınlıq gətirib.
Gundem.today xəbər verir ki, təcrübəli futbolçu hazırkı fiziki durumunun qənaətbəxş olduğunu xüsusi vurğulayıb:
"Tədricən əvvəlki formamı bərpa edirəm. Artıq dörd həftədir ki, komanda ilə birlikdə kollektiv məşqlərə qatılıram və hazırda özümü çox yaxşı hiss edirəm.
Milli komandanın hazırkı toplanışı çərçivəsində hər iki oyunda 90 dəqiqə meydanda ola biləcəyimi düşünmürəm, üstəlik, buna ciddi bir ehtiyac da görmürəm. Dünya çempionatı başa çatdıqdan sonra isə yığmadakı karyeramı bitirmək niyyətində deyiləm. Hər şey öz qaydasındadır və mən milli formada çıxış etməyə davam edəcəyəm".
Xatırladaq ki, Belçika yığması qarşıdan gələn mundialın qrup mərhələsində Misir, İran və Yeni Zelandiya milli komandaları ilə qüvvəsini sınayacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Milan" heyətini gənc istedadla gücləndirib - FOTO
İtaliya futbolunun nəhənglərindən olan "Milan" klubu heyətini yeni gənc istedadla gücləndirib.
İdman"Real Madrid"in futbolçusu İngiltərə millisində zədələndi - FOTO
İngiltərə milli komandasının və "Real Madrid" klubunun futbolçusu Cud Bellinqem zədələnərək heyətdən kənarda qalıb.
İdman"Liverpul"un yeni transfer hədəfi: Luis Suares Premyer Liqaya yollanır?
Portuqaliyanın "Sportinq" klubunda çıxış edən 28 yaşlı kolumbiyalı hücumçu Luis Suares "Liverpul"a transfer oluna bilər. Oyunçu ilə "Nyukasl" da maraqlanır.
İdman"Fənərbağça"nın prezidenti Sadettin Saran QƏZAYA DÜŞDÜ
Türkiyənin "Fənərbağça" klubunun prezidenti Sadettin Saran Ataşehirdə avtomobil qəzasına düşüb. Hadisənin təfərrüatları və onun son səhhəti barədə məlumat.