
Azərbaycanın bəzi ərazilərinə qar yağır - FAKTİKİ HAVA
Martın 31-i saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti davam edir, bəzi dağlıq ərazilərə qar yağır.
Martın 31-i saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti davam edir, bəzi dağlıq ərazilərə qar yağır.
Gundem.today xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qar örtüyünün hündürlüyü Şahdağda 49, Zaqatalada (Əlibəy) 11, Qaxda (Sarıbaş) 10 sm-dir.
Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 33, Şəkidə (Kişçay) 32, Zaqatalada 23, Oğuzda 20, Balakən və Şahdağda 17, Xaçmazda 10, Qəbələdə 9, Naxçıvan və Şahbuzda 8, Şəmkirdə 7, Qusarda 6, Gəncədə 5, Culfa, Yevlax, Ordubad, Sədərək, Gədəbəy, Naftalan, Ceyrançöl, Tovuz, Mingəçevir, Göyçay, Ağdam, Daşkəsən, Göygöl, Goranboy, İsmayıllı, Quba, Tərtər, Kəlbəcər, Şuşa və Bərdədə 5 mm-dək qeydə alınır.
Martın 30-da bəzi yerlərdə qərb küləyi əsib. Küləyin maksimal sürəti Lerikdə 19, Yardımlıda 18, Zəngilanda 17, Astarada 16, Zaqatala və Oğuzda 15 m/s-dək güclənib.
Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Quba, Qusar, Tərtər, Zərdab, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıda kanalizasiya xəttinin keçdiyi ərazidə torpaq qatı çökdü - VİDEO
Bakı şəhəri, Sabunçu rayonu ərazisində kanalizasiya xəttinin keçdiyi hissədə torpaq qatı çöküb.
CəmiyyətAğstafada beş mindən çox abonentin qazı kəsilib
Ağstafa rayonunun 9 kəndində qaz sızmalarının aradan qaldırılması və boruların təmiri məqsədilə 5500-dən çox abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq. Təmir işləri ilə bağlı ətraflı məlumat.
CəmiyyətQusarın Balaqusar kəndində ACINACAQLI MƏNZƏRƏ: Çay sahili zibilliyə çevrilib - VİDEO
Qusar rayonunun Balaqusar kəndində çay sahilinin vəziyyəti sakinlərin narahatlığına səbəb olub.
CəmiyyətXırdalan sakinləri çıxılmaz vəziyyətdə: Su problemi həllini nə zaman tapacaq?
Bir neçə gündür ki, intensiv yağışlar səbəbindən Abşeron rayonu Xırdalan şəhərində içməli su təminatında problem yaranıb. Bu da sakinlər üçün ciddi çətinliklər yaradıb.