Gəncədə baş verən zəncirvari qəzada xəsarət alanların SON VƏZİYYƏTİ MƏLUM OLDU
Hadisə

Gəncədə baş verən zəncirvari qəzada xəsarət alanların SON VƏZİYYƏTİ MƏLUM OLDU

İndi
10:50
1 baxış
Paylaş:

Gəncə şəhərində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.

Gəncə şəhərində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.

Gundem.today-ın sorğusuna cavab olaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, martın 30-da, saat 21:30-da iki nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, sözügedən zəncirvari yol-nəqliyyat hadisəsi "Chevrolet", "Mercedes", "Toyota" və BMW markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Gəncə_şəhəri#Gəncə_Şəhər_Birləşmiş_Xəstəxanası#Yol-nəqliyyat_hadisəsi

Oxşar Xəbərlər