
Pentaqon Yaxın Şərqə xüsusi təyinatlılar göndərib: Hörmüz boğazı və İsfahan hədəfdədir
İsrail Hörmüz boğazı və Xarq da daxil olmaqla Fars körfəzindəki İran adaları barədə kəşfiyyat məlumatlarını ABŞ-yə təqdim edib.
İsrail Hörmüz boğazı və Xarq da daxil olmaqla Fars körfəzindəki İran adaları barədə kəşfiyyat məlumatlarını ABŞ-yə təqdim edib.
Gundem.today xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri İsrail hərbi mənbələrinə istinadən məlumat yayıb.
CNN xəbər yayıb ki, martın 29-da ABŞ-nin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bredli Kuper İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir və bu ölkənin digər yüksəkrütbəli generalları ilə planlaşdırılmamış görüş keçirib.
"The New York Times" qəzetinin məlumatına görə, Pentaqon artıq Yaxın Şərqə bir neçə yüz xüsusi əməliyyat qüvvəsi göndərib.
Nəşrin mənbələri bildiriblər ki, bu bölmələr regiona gələn dəniz piyadaları və desantlara qoşulacaqlar.
Qəzetin mənbələri hesab edirlər ki, xüsusi təyinatlı qüvvələr desantlar və dəniz piyadaları ilə birlikdə İranın faktiki olaraq bağladığı Hörmüz boğazının müdafiəsi, eləcə də Xarq adasının ələ keçirilməsi əməliyyatlarına cəlb oluna bilərlər.
Bundan əlavə, xüsusi təyinatlıların İsfahandakı nüvə obyektində yüksək dərəcədə zənginləşdirilmiş uranın ələ keçirilməsi əməliyyatına qoşulması gözlənilir.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİranda hökumət əleyhinə iğtişaşlarda iştirak edən daha iki nəfər edam olundu
İranda "İran Xalq Mücahidləri Təşkilatı" ("Mücahid-e Xalq") terror qruplaşması ilə əlaqəli olan, hökumət əleyhinə iğtişaşlarda iştirak edən daha iki nəfər edam olunub.
DünyaSEPAH-ın öldürülən komandanı Əlirza Təngsiri ilə vida mərasimi keçirilir - VİDEO - FOTO
İranın cənubundakı Bəndər Abbas şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsirinin ölümü ilə bağlı anım mərasimi keçirilir.
DünyaKİV: Körfəz ölkələri ABŞ-ni İranla müharibəni davam etdirməyə çağırırlar
"Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla bir neçə Körfəz ölkəsi ABŞ-ni İrana qarşı hərbi əməliyyatları davam etdirməyə çağırırlar".
DünyaTürkiyənin Müdafiə Nazirliyi Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mətni yaydı
Türkiyənin Milli Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mətni yayıb.