Son dəqiqə
Ölkəmizdə "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıbPremyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edibİçərişəhərin Qala divarlarının bərpa-gücləndirmə işləri aparılacaqAlmaniya kansleri: "İran amerikalıları alçaldır"Çexiyanın baş naziri: "Bugünkü forum əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq"Səbinə Salmanova: "Energetika sahəsi Azərbaycan ilə Çexiya arasında münasibətlərin əsas dayaqlarından biri hesab olunur"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı keçiriləcək - Proqramlara dəyişiklik edildi
Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı keçiriləcək - Proqramlara dəyişiklik edildi
Cəmiyyət

Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı keçiriləcək - Proqramlara dəyişiklik edildi

Bu gün
18:37
0 baxış
Paylaş:

WUF13 Festivalının axşam proqramlarında müəyyən dəyişikliklər edilib.

WUF13 Festivalının axşam proqramlarında müəyyən dəyişikliklər edilib.

Gundem.today xəbər verir ki, festival aprelin 30-da Qubada, mayın 2-də Lənkəranda, mayın 4-də Qəbələdə, mayın 5-də Şəkidə, mayın 6-da Mingəçevirdə, mayın 8-də Gəncədə, mayın 10-da Xankəndidə, mayın 12-də Sumqayıtda və mayın 13-də Bakıda keçiriləcək.

17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar olaraq, ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədilə müxtəlif şəhərlərdə WUF13 Festivalı keçiriləcək.

Gundem.today xəbər verir ki, festival proqramı iki hissədən ibarət olacaq. Günün birinci yarısında tədbirin keçirildiyi şəhərlərdə WUF13 ilə bağlı məlumatlandırma sessiyaları təşkil ediləcək.

Saat 18:00-da isə festival açıq havada keçiriləcək ictimai proqramlarla davam edəcək.

Festivalın açılışı 28 aprel tarixində Bakı şəhərində Dənizkənarı Bulvar ərazisində yerləşən Saat Qülləsi meydanında baş tutacaq. Daha sonra tədbirlər 29 aprel tarixində Sumqayıt şəhərinin Nəsimi parkındakı Göyərçin abidəsinin yanında, 30 aprel tarixində Quba şəhərinin Nizami parkında, 2 may tarixində Lənkəran şəhərinin Qala Xiyabanı parkında, 4 may tarixində Qəbələ şəhərinin Heydər Əliyev parkında, 5 may tarixində Şəki şəhərinin Bəxtiyar Vahabzadə parkında, 6 may tarixində Mingəçevir şəhərinin Heydər Əliyev Meydanında, 8 may tarixində Gəncə şəhərinin Heydər Əliyev adına meydanında keçiriləcək və 10 may tarixində Xankəndi şəhərinin Zəfər meydanında yekunlaşacaq.

Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

Qeyd edək ki, keçiriləcək tədbirlərdə iştirak sərbəstdir və iştirak etmək istəyən bütün şəxslər dəvət olunurlar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#WUF13_festivalı#Ümumdünya_Şəhərsalma_Forumu#Bakı_2026#dayanıqlı_şəhər_inkişafı#regionlarda_tədbirlər#urbanizasiya#şəhər_mühiti#Xankəndidə_festival#innovativ_şəhər

Oxşar Xəbərlər

Elxan Mikayılova vəzifə verildiCəmiyyət

Elxan Mikayılova vəzifə verildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sabiq aparat rəhbəri Elxan Mikayılova yeni vəzifə verilib.

Bu gün
19:120
Nəcibə Nəsibovanın yerinə yeni TƏYİNATCəmiyyət

Nəcibə Nəsibovanın yerinə yeni TƏYİNAT

Azərbaycanın Türkiyədəki səfirliyində təhsil məsələləri üzrə müşavir Nəcibə Nəsibova tutduğu vəzifədən ayrılıb.

Bu gün
19:000
Bakıda bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqCəmiyyət

Bakıda bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Rahat və təhlükəsiz hərəkətin təmin olunması məqsədilə 28 aprel saat 00:00-dan etibarən Müzəffər Nərimanov küçəsindən Araz küçəsinədək olan hissədə (metronun "Ulduz" stansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu gün
18:420
Narşərab emalı müəssisəsində mənşəyi bilinməyən məhsullar tapıldı - FOTOCəmiyyət

Narşərab emalı müəssisəsində mənşəyi bilinməyən məhsullar tapıldı - FOTO

Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi 51A/2858A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Anar Həbib oğlu İskəndərliyə məxsus narşərab emalı müəssisəsində keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktlara, sanitariya norma və qaydaları tələblərinə əməl edilmədiyi üzə çıxıb.

Bu gün
18:320