Son dəqiqə
Yeni Suraxanı qəsəbəsində yollar bərbad durumdadır: Sakinlərdən ŞİKAYƏT - VİDEOBakı-Qazax yolunda maşında Türkiyə vətəndaşının meyiti tapılıbNeft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDIRöya Ayxanın stilistini öldürən şəxs qərardan narazıdır - FOTOBakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDIYaponiyada güclü zəlzələ: Yaralananlar var
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Azyaşlının telefonunu əlindən alıb qaçan şəxsə hökm oxundu
Azyaşlının telefonunu əlindən alıb qaçan şəxsə hökm oxundu
Kriminal

Azyaşlının telefonunu əlindən alıb qaçan şəxsə hökm oxundu

Bu gün
09:48
0 baxış
Paylaş:

Soyğunçuluqda təqsirləndirilən Vüsal Dadaşovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Soyğunçuluqda təqsirləndirilən Vüsal Dadaşovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, təqsirləndirilən şəxsə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, Vüsal Dadaşov 5 iyun 2025-ci il tarixdə, saat 13 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən binalardan birinin qarşısında dayanmış azyaşlı - 2018-ci il təvəllüdlü R.R.-in əlində olan mobil telefonu açıq şəkildə talayıb. Belə ki, o, uşağın anasına məxsus "Huawei" markalı mobil telefonu azyaşlının əlindən dartaraq alıb və qaçaraq hadisə yerindən uzaqlaşıb. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 600 manat maddi ziyan vurulub.

Məhkəmə iclasında Vüsal Dadaşov Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, həbsdən yeni azad olunub, hadisə günü metronun "20 Yanvar" stansiyası yaxınlığında yerləşən məhəllələrin birində yerdə mobil telefon tapıb və onu götürərək evinə aparıb. Onun sözlərinə görə, telefonun enerjisi olmadığından cihazdan istifadə edə bilməyib və bu səbəbdən sahibinə məlumat verməyib.

Təqsirləndirilən şəxs həmçinin bildirib ki, 29 iyul 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evdə saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə dəvət olunub. Vüsalın sözlərinə görə, saxlanılan zaman üzərində həmin telefon olmayıb, daha sonra - 10 avqust 2025-ci il tarixdə anası tərəfindən mobil telefon polis əməkdaşlarına təqdim edilib.

O, ittihamda göstərilən azyaşlının əlindən telefonu zor tətbiq etməklə alması faktını inkar edib və qeyd edib ki, telefonu yerdən tapıb.

Məhkəmədə çıxış edən təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam ödənildiyini və sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin qalmadığını vurğulayaraq barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#soyğunçuluq#Nəsimi_Rayon_Məhkəməsi#mobil_telefon_oğurluğu#məhkəmə_hökmü#azyaşlıdan_telefon_qapmaq#cinayət_işi#həbs_cəzası#Bakıda_kriminal#polis_xronikası#hüquq-mühafizə_orqanları

Oxşar Xəbərlər

Röya Ayxanın stilistini öldürən şəxs qərardan narazıdır - FOTOKriminal

Röya Ayxanın stilistini öldürən şəxs qərardan narazıdır - FOTO

Bakıda stilist Orxan Seyidovu qətlə yetirməkdə ittiham olunan Pərviz Həsənovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Bu gün
11:160
Bakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verdiKriminal

Bakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verdi

Bakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verib.

Bu gün
10:560
"Müəllimlərə dedik, amma..." - Məktəbdə baş verən insidentlə bağlı şok İDDİA - VİDEOKriminal

"Müəllimlərə dedik, amma..." - Məktəbdə baş verən insidentlə bağlı şok İDDİA - VİDEO

Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə doqquzuncu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.

Bu gün
19:040
70 kq qızılla saxlanılan polkovnik-leytenantın yeddi il həbsi tələb edildi - VİDEOKriminal

70 kq qızılla saxlanılan polkovnik-leytenantın yeddi il həbsi tələb edildi - VİDEO

İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bu gün
17:080