Son dəqiqə
Bakıda kafe sahibini bıçaqlayana hökm oxunub - FOTO"Bir"in də dəstəyi ilə "Azərbaycan Biznes Keys Müsabiqəsi 2026" uğurla başa çatdıİran neft tankeri ABŞ-nin blokadası fonunda Hörmüz boğazını keçibSuraxanıdakı məktəbdə şagirdin hədəsi səbəbindən dərslər dayandırılıb? - RƏSMİ"Elektron notariat" informasiya sistemi haqqında Əsasnamədə dəyişilklik edilibBu bank pulunuza illik 12% gəlir təklif edir
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Bakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verdi
Bakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verdi
Kriminal

Bakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verdi

Bu gün
10:56
0 baxış
Paylaş:

Bakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verib.

Bakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verib.

Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, vətəndaş B.B. bacısı qızı - "TikTok" sosial şəbəkəsində "AYDAW" ləqəbi ilə tanınan A.Nəzərli ilə bağlı xüsusi ittiham qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Şikayətçi B.B. tərəfindən A.Nəzərlinin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə təqdim edilib.

Müraciətdə göstərilir ki, barəsində şikayət olunan şəxs - A.Nəzərli sosial şəbəkələrdə yayımladığı çıxışlarla onun barəsində həqiqətə uyğun olmayan məlumatlar yayıb, şərəf və ləyaqətini ləkələyib.

Şikayətçi bildirir ki, yayımlanan çıxışlarda onun maddi imkanları, ailə münasibətləri və şəxsi həyatı ilə bağlı böhtan xarakterli fikirlər səsləndirilib, eyni zamanda nalayiq ifadələr işlədilərək açıq formada təhqir edilib. Bu məlumatların geniş auditoriyaya çatdırıldığı və çoxsaylı şəxslər tərəfindən izlənildiyi qeyd olunur.

Ərizədə xüsusi olaraq vurğulanır ki, sosial şəbəkə üzərindən yayılan bu çıxışlar nəticəsində şikayətçi ciddi mənəvi sarsıntı keçirib, səhhətində problemlər yaranıb və dəfələrlə tibbi yardım almağa məcbur olub. Qeyd olunur ki, 2026-cı ilin yanvar ayında bir neçə dəfə təcili tibbi yardım xidmətinə müraciət edilib, eləcə də müxtəlif tibbi müayinələrdən keçərək müalicə alıb.

B.B. həmçinin qeyd edir ki, yayılan ifadələr cəmiyyətdəki nüfuzuna mənfi təsir göstərib, qohumları və tanışları arasında onun haqqında mənfi rəy formalaşdırıb. Şikayətçinin sözlərinə görə, həmin paylaşımlar qeyri-müəyyən və geniş şəxslər dairəsinə çataraq ictimai mühitdə rezonans doğurub.

Məhkəmənin hazırlıq iclasında şikayətçinin nümayəndəsi ərizənin məzmununu təsdiqləyərək onun icraata qəbul edilməsini və işin məhkəmə baxışına təyin olunmasını xahiş edib.

Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Cinayət_Məcəlləsi#Sosial_şəbəkələr#Nalayiq_ifadələr

Oxşar Xəbərlər

Bakıda kafe sahibini bıçaqlayana hökm oxunub - FOTOKriminal

Bakıda kafe sahibini bıçaqlayana hökm oxunub - FOTO

Kafe sahibini bıçaqlayaraq qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Ağa Cəfərovun məhkəməsi yekunlaşıb.

Bu gün
15:280
Rəis müavininin adı keçən sifarişli qətl işi üzrə kassasiya şikayəti verildiKriminal

Rəis müavininin adı keçən sifarişli qətl işi üzrə kassasiya şikayəti verildi

Bakıda iş adamını sifarişlə qətlə yetirməkdə təqsirləndirilən Əhəd Salahovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Bu gün
13:360
Əhməd Əhmədov tibb müəssisəsindən azadlığa buraxılıb? - RƏSMİKriminal

Əhməd Əhmədov tibb müəssisəsindən azadlığa buraxılıb? - RƏSMİ

"Bəzi sosial şəbəkə subyektləri tərəfindən 13.02.2024-cü il tarixdə paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürmüş Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb".

Bu gün
13:140
Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumun işi Ali MəhkəmədəKriminal

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumun işi Ali Məhkəmədə

Xaçmaz rayonunun Yalama kəndində iki nəfəri öldürərək evi yandırmaqda təqsirləndirilən Ramin Ağaxanovun barəsindəki qərardan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edilib.

Bu gün
12:400